Icma.az
close
up
RU
Şəhid kapitanın doğum günüdür

Şəhid kapitanın doğum günüdür

Icma.az, Modern.az saytına istinadən bildirir.

Bu gün Vətən müharibəsində Azərbaycanın bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən tibbi xidmət kapitanı Anar Məmmədovun doğum günüdür.
Modern.az xəbər verir ki, əslən Cəbrayıl rayonunun Dağtumas kəndindən olan Anar Məmmədov 7 iyun 1984-cü ildə anadan olub.
A.Məmmədov Binəqədi rayonundakı Azər Məmmədov adına 115 saylı orta məktəbi 2003-cü ildə bitirərək, Tibb Universitetinə qəbul olunub.
Əvvəlcə Tibb Universitetinin Pediatriya fakültəsinə daxil olsa da, V kursda - 2006-cı ildə öz istəyi ilə təhsilini Hərbi tibb fakültəsinə dəyişib.
Onun təhsilini bu istiqamətə yönəltməsinin əsas səbəblərindən biri də ata-baba torpaqlarının düşmən işğalı altında olması ilə bağlı idi. A.Məmmədov hərbi tibb təhsilini bitirib baş leytenant kimi 2008-ci ildən Şəmkir korpusunda həkimlik fəaliyyətinə başlayıb. 2009-2013-cü illərdə Füzulidə xidmət edib, daha sonra isə Cəlilabad korpusunda işləyib. Elə oradan da Əfqanıstana ezam edilib, 6 ay sülhməramlı taborda hərbi həkim kimi xidmətini davam etdirib.
Anar Məmmədov Əfqanıstandan qayıtdıqdan sonra Ağcabədi, Beyləqan, Qusar korpuslarında xidmət edib. 2018-ci ilin dekabrından tibb xidməti kapitanı kimi Bakı şəhərindəki Pirəküşkül Hərbi Hissəsində xidmət aparıb.
Anar Məmmədov hələ 2016-cı ildə Lələtəpə döyüşlərində iştirak etmiş, burada da xidməti ləyaqət və sədaqət göstərmişdi.
Pirəküşküldə xidmət edən Anar 26 sentyabr 2020-ci ildə Vətən müharibəsinə yola düşüb.
Cəbrayıl istiqamətində döyüşlərdə iştirak edib.
Noyabrın 2-də Xocavənd istiqamətində gedən döyüşlərdəki ağır yaralılara kömək etmək üçün gedərkən yolda mühasirəyə düşüb, son nəfəsinə kimi vuruşub, qəhrəmancasına şəhid olub.
Anar Məmmədov 44 günlük müharibənin 37 gününü qanlı döyüşlərdə olub.
Tibbi xidmət kapitanı Anar Məmmədov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün təmin edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən, igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Prezidentin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub. Qəhrəman zabitimiz II Fəxri Xiyabanda ana torpağa tapşırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 İyun 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see382

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see367

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see343

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see337

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see334

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see333

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see329

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see326

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see324

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see316

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see296

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:28see275

FAO nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

12 Sentyabr 2026 18:32see274

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see269

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see269

Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?

12 Sentyabr 2026 16:39see261

ABŞ Çin rəqabətinin görünməyən tərəfləri: Məsələ “ticarət savaşı“ndan daha dərindir?

12 Sentyabr 2026 16:12see254

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see241

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see237

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri