Icma.az
close
up
RU
Şəhid komandirin həyat yoldaşı: Elə bilirəm ki, harasa səfərə gedib...

Şəhid komandirin həyat yoldaşı: Elə bilirəm ki, harasa səfərə gedib...

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Oktyabrın 10-u polkovnik Əfqan Abdurahmanovun şəhid olduğu gündür

Bakı, 10 oktyabr, AZƏRTAC

Əfqan orta məktəbi bitirəndə hərbçi olmağı qarşısına məqsəd qoymuşdu. Ona görə də 1995-1997-ci illərdə həqiqi hərbi xidmətini başa vurandan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdi. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təcrübə keçəndən sonra 2002-ci ilin iyulunda Gəncə şəhərində hərbi xidmətə başladı. Xidmət etdiyi müddətdə Müdafiə Nazirliyinin sərəncamları ilə Türkiyə, Çexiya və Çində müxtəlif kurslar, hərbi təlimlər keçdi.

O, 2016-cı ilin Aprel döyüşləri zamanı cəbhənin Tərtər istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Həmin döyüşlərdə yaxın dostu, Milli Qəhrəman, polkovnik-leytenant Murad Mirzəyev şəhid olub. 2020-ci ilin iyulunda Tovuz döyüşlərində general-mayor Polad Həşimovun şəhid olması da ona ona çox ağır təsir edib. Həmin hadisədən üç. gün əvvəl məzuniyyətə çıxmasına baxmayaraq, evdə qala bilmir, xidmət etdiyi hərbi hissəyə qayıdır. “O cür oğullar şəhid olub, mən istirahət edə bilmərəm”, – deyir.

Vətən müharibəsi başlananda polkovnik-leytenant Əfqan Abdurahmanov ilk tapşırıq olaraq Murov dağı silsiləsindəki zirvələrdən birinin alınmasına rəhbərlik edir. Əməliyyat keçirilən zaman onun tabeliyində olan hərbiçilər qatı düman-çənə düşürlər. Duman o qədər sıx olur ki, bir addım irəlini görmək olmur. Ərazi qayalı, yarğanlı yer olduğundan adi bir yanlış addım ölümlə, səhv istiqamətə getmək isə düşmən mühasirəsinə düşmək və ya döyüş əməliyyatının pozulması ilə nəticələnə bilərdi. Komandir əsgərlərə “Sıraya düzülün, öndə mən gedəcəyəm, bir-birinizin kəmərindən tutun və ardımca gəlin”, - deyir.

Onun relyefi düzgün qiymətləndirməsi, ən çətin anda doğru qərar verə bilmək bacarığı sayəsində hərbçilər sağ-salamat döyüş mövqeyinə çıxıb, Murovun əlçatmaz zirvəsinin alınmasında qəhrəmanlıq göstərərək həmin yksəkliyə Azərbaycan Bayrağını sancıblar. Hərbi-taktiki baxımdan Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən mühüm əhəmiyyətli Vardenis–Ağdərə avtomobil yolu, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nöqtələri nəzarətə götürülüb. Əldə edilən hərbi üstünlük nəticəsində Ermənistandan əlavə hərbi yüklərin Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısı alınıb. Həmin əməliyyat Əfqan Abdurəhmanov və onun rəhbərliyin altındakı döyüşçülərinin nümayiş etdirdiyi böyük cəsarət və qəhrəmanlığı sayəsində mümkün olub.

Bunun ardınca daha bir neçə kənd azad edilib. Suqovuşana çatmazdan əvvəl cəsur polkovnikin dəstəsi mühasirəyə düşmək təhlükəsi ilə üzləşib. Lakin peşəkarlıqla edilən çevik hərəkətlər və cəsarətlə risk etmələri onların xilasına səbəb olub.

Əfqan Abdurahmanov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı Qlobus yüksəkliyində şəhadətə ucalıb. Valideynlərinin istəyi ilə Qəbələ rayonunun Əmirvan kəndində dəfn olunub. Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” medalı ilə təltif olunub. Bundan başqa, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medallarına layiq görülüb.

Həyat yoldaşı Rəqinə xanım AZƏRTAC-ın müxbiri ilə söhbətində Əfqanı xatırlayaraq deyib: “O, işdə - növbədə olan vaxtlar mənə hər şey çətin gəlirdi: gecə tək qalmaq, körpə uşaqla, yaxınında kimsən yox... Çöldən evə gələnimiz yalnız Əfqan idi. Növbədən sonra verilən istirahət günündə nə yatar, nə dincələrdi, yalnız bizə vaxt ayırardı. Həddindən çox qayğıkeş idi. Valideynlərim rəhmətə gedəndən sonra məni daha böyük qayğı ilə əhatə etdi, onların boş qalan yerini doldurmağa çalışır, məni ata-ana həsrəti çəkməyə qoymurdu. Zabit həyatı asan deyil. Biz də çətin həyat yaşadıq, amma hər çətinlikdən, intizardan sonra onu görmək bütün çətinlikləri unutdururdu. Hər dəfə Əfqanı işə yola salanda qəlbimdə həm də onu itirmək qorxusu da baş qaldırırdı. Təəssüf ki, bu qorxu gerçəyə çevrildi. Yenə də təsəlli tapıram ki, nə yaxşı Əfqan bizim həyatmızda olub, nə yaxşı onun kimi ailə başçımız olub. O, ruhən həmişə bizim yanımızdadır. Elə bilirəm ki, harasa səfərə gedib, bir gün gəlib qapımızı döyəcək, həmişəki mehribanlıq və coşqu ilə ilə övladlarının yanına qayıdacaq”.

Müharibədən sonra Abdurahmanovlar ailəsinə üç otaqlı mənzil verilib, Prezident təqaüdü ilə təmin edilib.

Şəhid zabitin Hilalə adlı qızı və Əlibəy adlı oğlu yadigar qalıb. Hilalə Azərbaycan Dillər Universitetinin məzunudur, Əlibəy isə Çexiyanın Praqa şəhərində Çarles Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri