Icma.az
close
up
RU
Şəhid övladı: Elə bilirəm ki, hər ifamın ilk dinləyicisi atamdır

Şəhid övladı: Elə bilirəm ki, hər ifamın ilk dinləyicisi atamdır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 13 oktyabr, Abdulla Suvar, AZƏRTAC

Simasında ilahidən nur payı var. Elə danışığı da, ifası kimi çox şirindi. Yaşı az olsa da danışdıqca hiss edirsən ki, yaşadığı ağrılar onu çoxdan böyüdüb. Bir vaxtlar ata istəyini, arzusunu yaşatmaq üçün sinəsinə sıxdığı saz indi ona daha doğma, əziz olub. Duyğularını, hisslərini, sevincini, kədərini indi onunla bölüşür, onun vasitəsilə insanlara çatdırır. Balaca barmaqları simlərə toxunduqca hər teldə qəlbləri ovsunlayan xoş bir hava səslənir və insan oğlunun ruhuna dinclik gətirir.

AZƏRTAC-ın növbəti qonağı Vətən müharibəsi şəhidi Elşən Orucovun yadigarı, istedadlı saz ifaçısı Ehtiram Orucovdur.

O, Hədəf STEAM Liseyinin 7-ci sinfində oxuyur. Dərslərini yaxşı oxumaqla yanaşı, həm də Cabbar Qaryağdıoğlu adına 1 nömrəli musiqi məktəbində sənətin sirlərini mənimsəyir.

Yeri gəlmişkən qeyd edək ki, Ehtiram Orucov əslən Qazax rayonundandır. Kiçik Qafqaz dağ silsiləsinin yamaclarında yerləşən əsrarəngiz təbiətli Qazax rayonu elə əzəldən söz-saz ustadlarının vətəni olub, aşıqlar diyarı kimi tanınıb. Burada neçə-neçə sənətkar ecazkar musiqi aləti olan sazın eşqinə aşıq poeziyasının nadir incilərinə, dastanlara, saz havalarına həyat verib, milli-mənəvi dəyərlərimizi əsrlərdən-əsrlərə daşıyıb. Dediklərimizin nə qədər doğru olduğunu təsdiqləmək üçün elə təkcə Aşıq Ədalətin adını çəkmək kifayət edər. 12 yaşlı bu oğlan da köklərindən ilhamlanaraq saza maraq göstərir, onda ifanın sirlərinə ən mükəmməl şəkildə vaqif olmaq istəyir. Yuxarı sinif şagirdlərinin belə çətinliklə öyrəndiyi musiqi əsərlərinin öhdəsindən böyük məharətlə gələn Ehtiram dəfələrlə müxtəlif tədbirlərdə iştirak edərək diqqəti cəlb etməyi bacarıb, müsahibələrdə uğur əldə edib.

O özü bu barədə belə deyir: “Saz bizim ailənin əziz qonağıdır. Balaca vaxtı mənə saz bağışlamışdılar. Çala bilməsəm də, simlərini tez-tez qırardım. Mənim saz ifa etməyim atamın böyük arzularından idi. Artıq 3 ilə yaxındır ki, saza könül vermişəm. Musiqi mənim üçün dünyadır. Hər bir havanı ruhumla ifa etməyə çalışıram”.

Söhbətimizin bu məqamında anası Tulzalə xanım deyir ki, Ehtiram balaca vaxtından əlinə nə keçirdisə, ondan alət kimi istifadə edirdi. Ömür-gün yoldaşım Elşənin əmisi ona saz hədiyə etmişdi. Elə atası da istəyirdi ki, ikinci sənət kimi musiqi ilə məşğul olsun. Ehtiram da atasının dediyini yerinə yetirdi, saza bağlandı, öz həvəsi ilə səhnəyə çıxmağı seçdi. Bununla da atası şəhid Elşən Orucovun arzusunu, istəyini bir oğul kimi yerinə yetirmiş oldu.

Onu da xatırladaq ki, Elşən Orucov 1991-ci il avqustun 6-da Qazax rayonunun Xanlıqlar kəndində dünyaya göz açıb. Atası Ehtiram Orucov Birinci Qarabağ müharibəsində şəhid olub. Elşən Orucov 1997-2008-ci illərdə Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbində təhsil alıb. E.Orucov 2009-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Elşən Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Elşən Orucov noyabrın 4-də Şuşa döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra Elşən Orucov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ailəli idi. Bir qızı, bir oğlu yadigar qalıb. Oğlu Ehtirama da atasının adını qoyub.

“Atam babamın adını yaşatmağımı istəyirdi. Elə o döyüşə gedəndə də ailəmizi mənə tapşırdı. O xatirələrimdə qayğıkeş, unudulmaz ata kimi qalıb. Elə bilirəm ki, hər dəfə sazı əlimə alıb nəsə ifa edəndə o, məni dinləyir. Ona görə də, böyük ürəklə, şövqlə çalmağa çalışıram. Elə bilirəm ki, hər ifamın ilk dinləyicisi atamdır. Çünki mən onun arzusunu reallaşdırmaq üçün saza toxunuram”, - deyir balaca Ehtiram.

Ehtiram Orucov qeyd edir ki, üzərində musiqi müəllimi Nurlan Məmmədlinin böyük əməyi var: “Çalışıram ki, onun inamını doğruldam, Nurlan müəllim həqiqətən bizim peşəkar ifaçı kimi yetişməyimiz üçün böyük səy göstərir”.

Şəhid övladlarından ibarət “Zəfər Sədası” uşaq xor qrupunun üzvü olan Ehtiram dəfələrlə müxtəlif tədbirlərdə, eləcə də Nizam Kino Mərkəzində çıxış edib. Eyni zamanda, Əməkdar artist Təyyar Bayramovla eyni səhnəni bölüşüb.

Sazda ən çox vətənpərvərlik mahnıları ifa etdiyini söyləyən E.Orucov bildirib ki, “Baş dübeyti”, “Dilqəmi”, “Baş sarıtel”, “Yanıq Kərəmi” və digər saz havalarını daha çox xoşlayır. Bunları daha yaxşı öyrənmək üçün ustad aşıqların ifasını dinləyir. Hər gün nələrsə öyrənməyə çalışır.

Söhbət əsnasında öyrənirik ki, evlərində hamı kimi bacısı balaca Aylanın da musiqiyə böyük marağı var və qardaşının ifalarına böyük həssaslıqla yanaşır.

Gələcəkdə böyük saz alacağını söyləyən ölməz şəhidimizin əmanətinə biz də böyük arzularına çatmasını diləyib sağollaşırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri