Şəhid leytenant Ülvi Məhərrəmovun anım günü qeyd olundu KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Sumqayıt şəhər Şəhidlər Xiyabanında Vətən müharibəsində şəhid olmuş leytenant Məhərrəmov Ülvi Tahir oğlunun, həmçinin Mustafalı Əlizamin Namiq oğlu və Əliyev Sərxan İslam oğlunun anım mərasimi keçirildi.
KONKRET.az xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, məzarlar üzərinə gül dəstələri qoyuldu, dualar oxundu və vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi.
Şəhidimizin atası Tahir Məhərrəmov göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə təşəkkürünü bildirdi.
Ülvi Məhərrəmov 1997-ci ildə Sumqayıtda anadan olmuş, hərbi təhsilini Cəmşid Naxçıvanski adına Hərbi məktəb və Heydər Əliyev adına Ali Hərbi Akademiyada almış, Vətən müharibəsində iştirak edərək 14 oktyabr 2020-ci ildə Xocavənddə şəhid olmuşdur. Ölümündən sonra bir sıra medallar və III dərəcə “Rəşadət” ordeni ilə təltif edilmişdir.


