Icma.az
close
up
RU
Fariz Məhərrəmovun məhkəməsi başladı

Fariz Məhərrəmovun məhkəməsi başladı

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Siqaret qaçaqmalçılığı ilə bağlı təqsirləndirilənlərdən biri Fariz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən baxış iclasında Fariz Məhərrəmova ifadə vermək təklif olunub.

O özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib və ifadə verməkdən imtina edib, ibtidai istintaqda verdiyi ifadəni təsdiqləyib. pizza mizza

Prosesə sədrlik edən hakim onun istintaq dövründə 3 dəfə bənzər ifadə verdiyini elan edib.

Fariz Məhərrəmov dövlət ittihamçısının suallarına cavab vermək istəməyib, ona məxsus anbar olmadığını açıqlayıb.

Dövlət ittihamçısının onun ittiham olunan digər vəzifəli şəxslərlə əlbir olub-olmadığı barədə sualına da təqsirləndirilən şəxs cavab verməyib. O, şahidləri tanımadığını deyib.

Şahidlərin dəvət olunması ilə bağlı proses iyunun 19-na təxirə salınıb.

Qeyd edək ki, Fariz Məhərrəmov aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərindən biri kimi təqdim olunub. Onunla bağlı cinayət işi ayrıca icraata verilib.

Fariz Məhərrəmov barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb. Ona Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-xüsusilə külli miqdarda) və 213-1.2.1-ci (mütəşəkkil dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi) və 213-1.2.3-cü (aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi, qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə yekun ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 İyun 2026 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see337

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see284

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see278

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see268

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see228

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see226

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see225

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see219

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see206

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see205

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see196

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see193

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see192

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see191

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see188

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see188

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see187

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see185

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see179

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri