Icma.az
close
up
RU
Romir Vətən sevgisini hər şeydən əziz tutdu FOTO

Romir Vətən sevgisini hər şeydən əziz tutdu FOTO

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

14 may zəfər şəhidi Romir Əliyevin dünyaya göz açdığı gündür
Romir Rəşadət oğlu Əliyev Vətənini canında əziz tutaraq 23 yaşında onun yolunda şəhidlik zirvəsinə ucalıb. Beləcə, şəhidliyi Vətən sevgisindən başlanan daha bir igidimiz ürəklərə köç etməklə millətin yoluna işıq saçan dan ulduzuna dönüb. Həm də Dövlət tərəfindən layiq görüldüyü 3-cü dərəcəli “ Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", “Cəsur döyüşçü” və digər medalları onun müharibə meydanında göstərdiyi misilsiz qəhrəmanlığına bir nişanədir.
Qısa, olduqca şərəfli ömür yolu bizlərə örnək olan Romir Rəşadət oğlu Əliyev 14 may 1997-ci ildə Lənkəranın Aşağı Nüvədi qəsəbəsində dünyaya göz açıb. Təmiz, halal bir ocaqda boy atan Romir orta məktəbi bitirəndə yüksək əxlaqı, Vətənə, torpağa bağlılığı, xalqa yanan ürəyi, qurub-yaratmaq həvəsi ona el-obada hörmət qazandırır. İdmanın güləş növündə qazandığı uğurlarla da yaxşı tanınır. Romirin isə bütün arzularının zirvəsində düşmən tapdağında olan Vətən torpaqlarını azad görmək istəyi durur, düşmənlə döyüşə getməyə həmişə hazır olur.
Romir Əliyev 2015-ci ildə müqəddəsliyinə tapındığı doğma Azərbaycanın qarşısında borcunu ödəmək üçün hərbi xidmətə yollanır. Cəbhə bölgəsində xidmət zamanı Vətəni göz-bəbəyi kimi qoruyur, təlimlərdə fəallığı, nizam-intizamı, verilən bütün tapşırıqları vaxtında yerinə yetirməsi onu əsgərlərin, zabitlərin yanında başıuca edir. Hər an Vətən yolunda can qoyan igid olaraq ad çıxarır. Əzəli, əbədi yurd yerimiz Qarabağa yağı düşmənin ədalətsiz təcavüzünə qarşı barışmaz olur, tez-tez “Dığalara dərs verməyin vaxtıdır. Müharibə başlanan kimi ön sırada mən olacağam. And içirəm ki, sona qədər döyüşüb yağıdan qisasımı alacağam” deyir. Elə bu məqsədlə Romir hərbi xidmətdən sonra mülki şəxs qismində orduda xidmət edir.
Nəhayət ki, Pomir Əliyevin istədiyi gün gəlir. 27 sentyabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda haqq savaşımız başlanır. İlk gündən qəhrəman Vətən sevdalısının qələbə sorağı ən ağır müharibə meydanından gəlir. Cəngavər tək döyüşərək erməni dığalarına ciddi itkilərlə cavab verir. “Vətən yolunda döyüşüb ölmək şərəfdir”- deyib çiyin-çiyinə vuruşan əsgərləri qələbəyə səsləyir. Cəbrayılın, Füzulinin, Zəngilanın azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətlə tarix yazır. 22 oktyabr 2020-ci ildə Qubadlıda isə Vətənə tuşlanan yağı gülləsini sinəsi ilə dəf edir. Romirin şəhidliyi Vətən sevgisinin hər şeydən uca olduğunu bir daha bildirir...

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 May 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri