Şəhid mayor Asiman Əliyevin atası vəfat etdi
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şəhid mayor Asiman Əliyevin atası vəfat edib.
"Unikal"ın məlumatına görə, şəhidin atası Vaqif Əliyev ürəktutmadan dünyasını dəyişib.
Nəzərinizə çatdıraq ki, şəhidin 40-cı günü anası Gülayə Məmmədova da vəfat etmişdi.
Qeyd edək ki, Asiman Vaqif oğlu Əliyev 1987-ci il fevralın 1-də Ordubad rayonunun Düylün kəndində anadan olub. 44 günlük Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 7 noyabr tarixində Hadrut istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Asiman Əliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Seymur Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 21 Fevral 2026 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















