Şəhid mayor Rüfət Əsgərovun xatirəsinə həsr olunmuş üzgüçülük turniri keçirilib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 27 yanvar, AZƏRTAC
“Atilla” idman kompleksində Vətən müharibəsi şəhidi mayor Rüfət Əsgərovun xatirəsinə həsr olunmuş üzgüçülük turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, suveren və müstəqil dövlətçiliyimiz uğrunda canını qurban verən qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, Xətai Rayonu İcra Hakimiyyətinin sektor müdiri Pənah İmanov, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, beynəlxalq dərəcəli hakim Hicran Şərifov və digər natiqlər çıxış edərək şəhid Rüfət Əsgərovun həyat və döyüş yolun haqqında məlumat veriblər.
Bildirilib ki, şəhidlərimizin xatirəsinə həsr olunan belə idman yarışları onların qəhrəmanlığını gənc nəsillərə tanıtmaq, yeniyetmə və gənclər arasında üzgüçülüyə marağı artırmaq, onların fiziki hazırlıq səviyyəsini inkişaf etdirmək və bu sahədə istedadlı gəncləri üzə çıxarmaq, həmçinin gənclərin hərbi-idman hazırlığının inkişafına dəstək vermək, eləcə də onların gələcəkdə ölkənin müdafiə potensialının bir hissəsi kimi yetişməsinə töhfə verməkdir.
Uşaq və yeniyetmələrin iştirak etdiyi turnirdə qaliblərə diplom və medallar təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 27 Yanvar 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















