Icma.az
close
up
RU
Vətən Müharibəsinin Şəhid Həkimlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Vətən Müharibəsinin Şəhid Həkimlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

30 mart Dünya Həkimlər Günü bütün dünyada bu peşə sahiblərinə hörmət və ehtiram əlaməti olaraq qeyd edilir.

Mahmud Kaşqari adına Beynəlxalq Fondun təşəbbüsü və Yasamal Rayon Mərkəzi Kitabxanasının tərəfdaşlığı ilə "Dünya Həkimlər Günü" günü ərəfəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xidməti vəzifə borclarını yerinə yetirərkən böyük şücaətlər göstərərək canından keçən Azərbaycan səhiyyəsinin fədakar həkimlərinin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib və onlar haqqında portret film ictimaiyyətə təqdim edilib.

Turkustan.az xəbər verir ki, bu, Mahmud Kaşğari adına Beynəlxalq Fondun Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinə həsr olunan silsilə portret filmləri layihəsi əsasında baş tutub.

Layihənin məqsədi gənclərdə milli təfəkkürün formalaşdırılması, yeniyetmə və gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, gənclərə milli-mənəvi dəyərlərimizin təbliği, Vətənə sevginin ideal nümunəsi kimi mərdlik və fədakarlıqla canlarından keçən həkimlərimizin örnək həyatını işıqlandırmaq, onların işıqlı xatirəsini kitab səhifələrində, film kadrlarında əbədiləşdirməkdir. Layihənin rəhbəri Milli Məclisin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyevdir.

Qeyd edək ki, Vətən müharibəsində 10-u həkim olmaqla 44 nəfər tibb işçisi şəhid olub, onlardan biri 44 günlük Vətən müharibəsinin xanım şəhidi tibb bacısı Arəstə xanım Baxışovadır.

Filmin ithaf olunduğu qəhrəmanlar Rasim Abdullayev, Anar Məmmədov, Turqut Xəlilbəyli, Adil Əfəndiyev, Mirlətif Ağayev, Tariyel Salmanov, Eldar Abdullayev, Azər Şamilov, Nurlan Fərəməzov, Şöhrət Qasımov kimi qəhrəman həkimlərimizdir.

Tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayev Hadrut və Şuşa istiqamətində 100-dən çox ağır yaralı zabitə elə yerindəcə ilk tibbi yardım göstərib. O, Xocalı rayonunun Çanaqçı kəndində pusquya düşürülərək şəhid edilib. Rasim Abdullayev Azərbaycanın hərb tarixində şəhid olan ən yüksək rütbəli tibb xidməti qulluqçusudur.

Tibb xidməti leytenantı olan Azər Şəmilov Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Azər Şəmilov oktyabrın 14-də Talış döyüşləri zamanı qəhrəmancasına həlak olub.

Vətən müharibəsinin ilk şəhid həkimi olan leytenant Turqut Xəlilbəyli müharibənin ilk günlərindən ön cəbhədə yaralı əsgər və zabitlərin həyatını xilas etmək üçün var gücü ilə çalışıb, öz vəzifəsini layiqincə yerinə yetirib. 2020-ci il oktyabr ayının 7-də düşmənin atdığı artilleriya mərmisi Turqutun yaxınlığına düşüb, aldığı ağır qəlpə yaraları səbəbindən leytenant Turqut Xəlilbəyli şəhid olub.

Tibb xidməti leytenantı Adil Əfəndiyev 22 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Tibb Universitetini yenicə bitirən Adil 25 yaşında şəhadətə ucalıb.

Mirlətif Ağayev Vətən müharibəsi başlananda könüllü surətdə cəbhəyə yollanıb. 247 yaralını döyüş meydanından çıxararaq onları həyata qaytarıb. O, təkcə həkim kimi deyil, həm də fəal döyüşçü kimi də şücaət göstərib. Füzuli, Cəbrayıl və Qubadlı uğrunda döyüşlərdə iştirak edib və oktyabrın 26-da Qubadlının Balasoltanlı kəndində şəhid olub.

Anar Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin iştirakçı həkimlərindən biridir. Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Azərbaycan Ordusunun baş giziri olan hərbi tibb qulluqçusu Eldar Abdullayev Füzulinin, Hadrutun və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. Eldar Abdullayev oktyabrın 18-də Zəngilan döyüşləri zamanı şəhid olub.

Tibb xidməti baş leytenantı Nurlan Fərəməzov Vətən müharibəsinin qəhrəman həkimlərindən biridir. O, Cəbrayılda gedən ağır müharibədə xüsusi qəhrəmanlıq göstərib. Bir çox yaralı igid oğullara ikinci həyat verib. Oktyabrın 9-da tibb xidmətin baş leytenantı Nurlan Fərəməzov başının arxa tərəfindən ciddi zədə alıb, elə döyüş meydanında əbədiyyətə qovuşub.

Şöhrət Qasımov tibb xidməti baş leytenantı olub. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərinin iştirakçısı olub. Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərərək şəhid olub.

Tariyel Salmanov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində tibb xidməti leytenantı kimi hərbi xidmət keçib. 2020-ci ilin yayında Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan sərhədində mənfur düşmən tərəfindən başladılan döyüşlər zamanı Tariyel könüllü olaraq ordu sıralarına yazılıb. İki ay sonra - sentyabrın 29-da isə o, qismən səfərbərliklə II Qarabağ döyüşlərinə çağırılıb və elə həmin gün tibb xidməti leytenantı kimi ordu sıralarına qoşulub. Qəhrəman həkimimiz oktyabrın 7-dən 8-nə keçən gecə şiddətli döyüşlər zamanı yaralı əsgərlərimizə kömək edərkən düşmənin atdığı minamyot mərmisi nəticəsində şəhid olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Mart 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri