Şəhid övladları üçün ödənişsiz ingilis dili kursu təşkil edilib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 19 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Oxbridge Academy” ilə birgə əməkdaşlığı çərçivəsində Vətən müharibəsi şəhidlərinin övladları üçün ingilis dili kurslarına başlanılıb.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, xüsusi proqram əsasında hazırlanan və ödənişsiz həyata keçirilən kursun məqsədi şəhidlərin ailə üzvlərinə sosial dəstəyin gücləndirilməsi və onların təhsil imkanlarının artırılmasıdır.
Davamlı təşkil olunması nəzərdə tutulan kursa ilkin mərhələdə 13 şəhid övladı cəlb olunub. Tədris müddətində müasir tədris metodları və innovativ yanaşmaların tətbiq edilməsi iştirakçıların ingilis dili bacarıqlarının effektiv şəkildə inkişafına imkan yaradır.
İştirakçıların rahatlığını nəzərə alaraq dərslər həm əyani, həm də onlayn formada aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 19 İyun 2025 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















