Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 20-yə yaxın şəhid övladı üçün Zəfər Muzeyinə ekskursiya təşkil olunub.
Nazirlikdən APA-ya verilən məlumata görə Vətən müharibəsinin 6-cı ildönümü günlərində keçirilən tədbirdə iştirakçılar Azərbaycanın tarixi Zəfərini, ordumuzun döyüş yolunu və dövlət suverenliyimizin bərpasını əks etdirən muzey ekspozisiyası ilə tanış olublar.
Bildirilib ki, muzeyin 8 ekspozisiya zalında nümayiş etdirilən tarixi faktlar, foto və videomateriallar, interaktiv təqdimatlar, həmçinin muzey üçün xüsusi hazırlanmış eksponat və maketlər iştirakçılara münaqişənin tarixi, 44 günlük Vətən müharibəsinin gedişi və şanlı Zəfərimiz barədə ətraflı məlumat əldə etmək imkanı yaradıb.
Ekskursiya şəhid övladlarının milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, onların tarixi yaddaşının və vətənpərvərlik ruhunun formalaşdırılması, eləcə də cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 13 Oktyabr 2026 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















