Icma.az
close
up
RU
Şəhid polkovnikin adı dərsliklərdən çıxarıldı Nə baş verir? KONKRET

Şəhid polkovnikin adı dərsliklərdən çıxarıldı Nə baş verir? KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Vüqar Yusifovun həyat yoldaşı Lalə Əliyeva onun adının tarix kitablarından çıxarılmasına etirazını bildirib. 

KONKRET.az yenisabah.az-a istinadən xəbər verir ki, Lalə Əliyeva saytımıza müraciət edərək bildirib ki, 5-ci sinif tarix kitabı, Zəfər tarixi kitabında Aprel döyüşləri ilə bağlı hissədə Vüqar Yusifovun adı qeyd edilsə də, sonradan 5-ci sinif Azərbaycan tarixi dərsliyindən şəhidimizin adı  çıxarılıb. O, bunun səbəbini anlamadığını deyib.

“Aprel döyüşlərində hamı bilməsə də, çox adam bilir ki, XTQ-nin (Xüsusi Təyinatlı Qüvvələr) ən yüksək rütbəli zabiti Vüqar Yusifov olub. Bu gün görürəm ki, onun adı tarix kitablarından çıxarılıb. Səbəb nədir, məqsəd nədir?! Mən rəsmi olaraq heç kimə müraciət etməmişəm, çünki müəllifləri tanımıram. Kitabların müəlliflərindən cavab istəyirəm, bunun səbəbini izah etsinlər” – deyə şəhidin xanımı bildirib.

Lalə Əliyeva əlavə edib ki, həyat yoldaşının adına məktəb verilməsə də, bununla bağlı heç bir narazılığı yoxdur. Lakin onun qəhrəmanlığının tarix kitablarından çıxarılmasını anlaya bilmir. O, Vüqar Yusifovun adının unudulmamasını və gələcək nəsillərə çatdırılmasını istəyir.

O, baş verənlərin ona ağır təsir etdiyini və məyus olduğunu bildirib:

“Bu, mənə çox təsir etdi, məyus oldum. Bir qızım Tibb Universitetinə bu il qəbul olub, digər qızım universitetdə təhsil alır, oğlum 5-ci sinifdə oxuyur. Bəs şəhidin övladları bunu görəndə deməyəcəklər ki, niyə bizim atamızın adını dərslikdən niyə silmisiniz?”

Lalə Əliyeva vurğulayıb ki, onun tək istəyi Vüqar Yusifovun adının dərsliklərə yenidən salınmasıdır. “Tək istəyim odur ki, adı dərsliklərə bərpa olunsun ki, övladları ataları ilə fəxr etsin, şəhidimizin adı unudulmasın,” – deyə o, qeyd edib.

Lalə Əliyeva bildirib ki, bütün tarix dərsliklərində Aprel döyüşlərinə dair məlumatlar yer alıb, lakin həmin döyüşlərdə ən yüksək rütbəli şəhid zabit olan polkovnik Vüqar Yusifovun adı qeyd edilməyib.

Vüqar Yusifov kimdir?

Vüqar Yusifov 1976-cı il noyabrın 2-də Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. O, 1983-cü ildə Şiştəpə kənd orta məktəbinin birinci sinfinə gedib və 1993-cü ildə həmin məktəbi bitirib.

Elə həmin il Türkiyə Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olub. 1997-ci ildə leytenant rütbəsi alıb və bir il sonra həmin ali məktəbi bitirib. Daha sonra Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb və polkovnik rütbəsinə qədər yüksəlib.

2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Onun ailəsində 3 övladı yadigar qalıb.

Vüqar Yusifov qəhrəmanlığına görə ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Hazırda onun adını daşıyan məktəb olmasa da, Şəmkir rayonunun Şiştəpə kəndində bir küçə şəhidin şərəfinə adlandırılıb.

Şəhid xanımı tərəfindən qaldırılan məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Tarix kitablarının müəllifləri və aidiyyəti qurumların bu suallara necə cavab verəcəyi isə maraqla gözlənilir.

Məsələni diqqətdə saxlayacağıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Aprel 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see216

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see187

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see126

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri