Şəhid ailəsinə dələduzluq edən şəxslə bağlı qərar çıxarıldı
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən T.Teymurovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, T.Teymurov Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ona qarşı irəli sürülmüş dələduzluq ittihamında göstərilən hərəkəti zərərçəkmiş S.A.-ya (adı, soyadı şərtidir) qarşı aldatma yolu ilə törədib.
Belə ki, o, özünü hüquqşünas kimi təqdim edərək zərərçəkmiş şəxsə I Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsində dayanmış, 2014-cü ildə şəhid olmuş oğlunun adına olan növbənin guya onun adına keçiriləcəyini və bu yolla mənzil əldə ediləcəyini vəd edib.
Bu məqsədlə T.Teymurov 2022-ci ilin iyun–avqust ayları ərzində müxtəlif vaxtlarda həmin şəxsdən ümumilikdə 3 000 manat pul alıb. Lakin verdiyi vədləri yerinə yetirməyərək həmin vəsaiti mənimsədiyi müəyyən edilib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə T.Teymurov nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəza təyin olunmayıb, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi müəyyən edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti dəyişdirilmədən saxlanılıb. (Pravda.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 18 Noyabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















