Icma.az
close
up
RU
Şəhid Vüsal Kazımovun həyat yolu... FOTO

Şəhid Vüsal Kazımovun həyat yolu... FOTO

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Xalqımızın qeyrətli, mətin oğulları oddan-alovdan keçərək 44 günə əsir Qarabağımızı azad etdilər. Bu haqq savaşında Lənkəranın Yuxarı Nüvədi kəndində boya-başa çatan baş leytenant Vüsal Kamran oğlu Kazımov döyüş meydanında yağıya qarşı son nəfəsinə qədər vuruşub, şəhadətə qovuşdu. İndi Lənkəranda böyük də, kiçik də qəhrəman Vüsalla qürur duyur, onun xatirəsini əziz tutmağı özünə müqəddəs borc bilir.  Vətən sevdalısının şəhadətə qovuşduğu dördüncü il münasibətilə vaxtilə oxuduğu Yuxarı Nüvədi kənd M. Mirzəcanov adına tam orta məktəbində anım tədbiri keçirildi.

Tədbirdə ilk öncə bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı, Azərbaycan Respublikasının Dövlət Himni oxundu.

Məktəbin direktoru Ramiz Ramazanov çıxış edərək dedi: - Şəhid Vüsal Kazımovun timsalında Vətən uğrunda canından  keçən bütün oğulların etdiyi fədakarlıq xalqımız üçün hər şeydən qiymətlidir. Bu gün  bizim ən böyük borcumuz 30 il düşmənə əsir düşən Qarabağımızı   azadlığa qovuşduran igid Vətən oğullarının xatirəsini yaşatmaq, gələcək nəsillərə ötürməkdir.

Digər natiqlər də öz çıxışlarda 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı tarixi zəfərdən,   əsgər və zabitlərin keçdiyi şərəfli  döyüş yolundan, şəhid ailələrinə, qazi və  müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan  danışdılar.

Tədbirin bədi hissəsində şagirdlər Vətəni, qəhrəmanlığı tərənnüm edən mahnı və şerlər oxudular.

Qeyd edək ki, Vüsal Kazımov Vətən müharibəsində Füzuli əməliyyatında, Cəbrayıl  döyüşlərdə, Xocavəndın, Şuşanın azadlığı uğrunda böyük şücaət göstərib. Sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə saxlayıb. Şuşada gedən ağır vuruşların birində  həlak olub. 29 noyabr 2020-ci il tarixində Lənkəran rayonu Yuxarı Nüvədi kəndində böyük izdihamla  yolunda can qoyduğu torpağa tapşırılıb. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”,  ”, “İgidliyə görə”, Xocavəndin və Füzulinin  azadlığı uğrunda  medalları ilə təltif olunub.

Bəli, Vətən, torpaq yolunda canından keçərək şəhidlik zirvəsinə ucalmaq  ən böyük şərəfdir. Bu zirvə sahibləri əbədi  bir  ömür qazanırlar. Şəhid Vüsal Kazımov kimi...

Zəfər ORUCOĞLU, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Dekabr 2024 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri