Icma.az
close
up
RU
Şəhidlər ana torpağımızdakı silinməz izlər

Şəhidlər ana torpağımızdakı silinməz izlər

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, YAP ərazi təşkilatı və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Şəhidlər – ana torpağımızdakı silinməz izlər” adlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Əlyazmalar İnstitutundan bildirilib.

Öncə Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri açan institutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri dosent Əkrəm Bağırov qəhrəman oğullarımızın 44 gün davam edən Vətən müharibəsində əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdiklərini vurğulayıb. Bildirib ki, bu gün haqq və şərəf işimiz olan, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman əsgər və zabitlərimizin, erməni vəhşiliyi nəticəsində dünyasını dəyişən günahsız mülki insanlarımızın xatirəsinin anıldığı bir gündür.

İnstitutun elmi katibi, YAP ərazi təşkilatının Əlyazmalar İnstitutu üzrə sədri dosent Aynur Hacıqədirli “Qələbəyə gedən yol: Vətən müharibəsi və “Anım Günü”, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin kiçik elmi işçisi Sevinc Muxtarova “Qayıdan torpaqlar, qayıtmayan oğullar”, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Jalə Rüstəmova “Zəfər yolunun memarları” mövzularında məruzə edib, çıxışlarında mənfur düşmən üzərində əldə olunan Qələbənin Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin, ordu və xalq birliyinin nəticəsi olduğunu qeyd ediblər.

Məruzələr ətrafında çıxış edən institutun Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix elmləri doktoru Tahirə Həsənzadə Azərbaycan xalqı və dövlət başçısının hər zaman mübariz oğul və qızlarımızın şücaətini yüksək qiymətləndirdiyini, bütün şəhidlərimizin ruhuna ehtiram göstərib, xatirəsini uca tutduğunu qeyd edib.

Tədbirin sonunda Əlyazmalar İnstitutunun Kitabxanasının Anım Gününə həsr olunmuş, Vətən müharibəsində xalqımızın möhtəşəm Qələbəsini əks etdirən kitab sərgisi nümayiş olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri