Icma.az
close
up
RU
Şəhidlərimiz bizim üçün müqəddəsdir, and yerimizdir

Şəhidlərimiz bizim üçün müqəddəsdir, and yerimizdir

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Paytaxtımıza turist kimi 5 günlük gəzintiyə gələn bir neçə əcnəbi şəxsin avqustun 17-də Şəhidlər Xiyabanında nalayiq, qeyri-etik hərəkətlərə yol vermələri və çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları həm insanlığa zidd olan, müsəlmanlığa yaraşmayan əməl kimi, həm də təxribat kimi hüquq-mühafizə orqanlarımız tərəfindən müvafiq qiymətini alacaq, həmin şəxslərə qarşı qanunvericiliyimizə uyğun tədbirlər görüləcək. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində saxlanılaraq istintaqa cəlb edilən ərəb əsilli bu şəxslərlə bağlı artıq cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.
Şəhidlərimiz bizim üçün müqəddəsdir, and yerimizdir. Şəhidlərimizin xatirəsinə qarşı hörmətsizlik yolverilməz və bağışlanmaz hərəkətdir. Milliyətindən, kimliyindən asılı olmayaraq, Azərbaycana gələn hər kəs qanunlarımıza riayət etməli, milli rəmzlərimizə və dəyərlərimizə hörmətlə yanaşmalıdır. Bu baxımdan, bir neçə harın turistin bu cür alçaq hərəkətini bütün cəmiyyətimiz kimi biz də şiddətlə qınayırıq. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini təhqir etməyin cəzası sözsüz ki, ağır olacaq. O cahil ünsürlər, vandal turistlər hüququn sərtliyini və islahedici gücünü öz üzərlərində hiss edəcəklər.
Azərbaycan qanunlarına hörmətsizlik edən əcnəbilərin qanun qarşısında cavab verməsilə yanaşı, ölkəmizə gələn turistlər üçün bilgiləndirmə-tanıtım xarakterli işlər də genişləndirilməlidir. Əcnəbi turistlər üçün hazırlanan bukletlərdə və internet resurslarında Şəhidlər xiyabanı haqqında da ətraflı məlumat verilməli və şəhidlərimizin milli-mənəvi dəyər olduğu mütləq qeyd olunmalıdır. Yəni ki, paytaxtımıza gələn hər bir turist bu barədə öncədən məlumatlı olmalıdır. Ona görə də əcnəbi turistlərlə maaarifləndirici yöndə iş aparılmasına bundan sonra daha ciddi önəm verməliyik. Turizm şirkətləri bu cür həssas məsələlərdə xüsusilə diqqətli olmalıdırlar. Polislərimizin təxribatçı turistlərin saxlanılması istiqamətində göstərdikləri çeviklik də təqdirə layiqdir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 Avqust 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri