Icma.az
close
up
RU
Şəhidlik: əbədi yaşamağın ülvi düsturu

Şəhidlik: əbədi yaşamağın ülvi düsturu

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Şahanə MÜŞFİQ

Hər xalqın yaddaşında “şəhid” anlayışı müqəddəs bir zirvəyə çevrilir. Çünki şəhidlik insan ömrünün ən ülvi, ən saf məqamıdır - torpağa deyil, əbədiyyətə qovuşmaq anıdır. Azərbaycan üçün bu anlayış xüsusilə dəyərlidir. Çünki bu torpaq yüzlərlə nər oğulların qanı ilə azadlığına, kimliyinə, qüruruna qovuşub.

Ötən əsrin 90-cı illəri Azərbaycanın tarixində həm faciə, həm də dirçəliş dövrü idi. Xalq azadlıqla bərabər, ağrıya da, savaşın ən sərt üzünə də sinə gərdi. Qarabağda başlayan müharibə hər bir ailənin qapısını döydü, hər evdə bir oğul, bir ata vətənin müdafiəsi üçün yola salındı. Kimi qayıtdı, kimi isə torpağa - əbədiyyətə qovuşdu. Amma onların hamısı bir ideyanın daşıyıcısı idilər - Vətəni canı, qanı bahasına qorumaq ideyası.

Daxili Qoşunların sıravi hərbi qulluqçusu Beydullayev Dəyanət Qiyas oğlu da həmin o fədakar oğullardan biri idi. O, öz həyatı ilə sübut etdi ki, Vətən üçün yaşamağın ən ali forması onun uğrunda ölməyi bacarmaqdır. Dəyanət kimi oğullar müharibəni seçmirdilər, onlar sadəcə vətəni qoruyurdular. Və bu qoruma instinkti, bu sevgi, bu sədaqət bir millətin diriliyinin, ruhunun təminatıdır.

Dəyanət Qiyas oğlu Beydullayev 1974-cü il iyulun 3-də Göyçay rayonunun Cəyirli kəndində anadan olub. Doğma Cəyirli kəndində səkkiz illik orta məktəbi başa vurduqdan sonra təhsilini Göyçay şəhər 5 saylı orta məktəbdə davam etdirib.

Ta uşaqlığından ticarətçi olmaq arzusu ilə yaşayan Dəyanət özünün sakit təbiəti, dərslərinə olan diqqəti, yüksək əxlaqi keyfiyyətləri ilə müəllimlərinin, onu tanıyan hər kəsin sevimlisi idi. Hələ uşaq yaşlarına baxmayaraq, özündən böyüklərin hörmətini qazanan bu gənc oğlanın Vətəninə olan sevgisi də hər kəsə, xüsusən, yaşıdlarına bir nümunə idi.

O, 1991-ci ildə 58 saylı texniki-peşə məktəbində “ticarət kursu”nu müvəffəqiyyətlə bitirərək öz arzularına doğru daha bir qətiyyətli addım atmışdı. Lakin elə həmin illərdə başlanan Qarabağ müharibəsi Vətənin qeyrətli oğulları kimi Dəyanəti də dərindən sarsıtmışdı. Hər gün işğal olunan torpaqlarımızın, oradan məcburi köçkün düşən yurddaşlarımızın ürəkdağlayan xəbərləri Dəyanəti öz isti evində oturmağa imkan vermir və o, “Vətən çağırır, getməliyik” - deyərək hərbi çağırış məntəqəsinə gedib könüllü şəkildə Vətən borcunu yerinə yetirməyə yollanır.

Dəyanətin qısa, amma şərəfli ömür yolu 7 sentyabr 1992-ci ildə Füzuli rayonunun Dilağarda kəndində şəhidlik zirvəsi ilə sona yetir. Bu döyüşlər onun və digər silah yoldaşlarının son döyüşü olur. Nə acı taledir ki, məhz həmin gün Dəyanətin atası Qiyas kişi oğluna sovqat aparıbmış. Amma o sovqat Dəyanətin qisməti olmur. Onun silah dostları ataya bu xəbəri verə bilmirlər və “oğlun yaralanıb, hospitala göndərilib” - deyə təsəlli edirlər. Beləcə, başlanır dərdli atanın Dəyanət axtarışları. Amma nə yazıq ki, döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olan Vətən oğlunun mübarək nəşi yalnız noyabrın 25-də tapılaraq ailəsinə təhvil verilir. Beləcə, D.Beydullayev doğulub, boya-başa çatdığı dogma yurdunda - Göyçayın Cəyirli kəndində torpağın qoynunda əbədi ünvanına köçür.

Şəhidlik - ölümü məğlub edən həyat

Şəhid olmaq sadəcə savaş meydanında ölmək deyil. Şəhid olmaq həyatını bir amal uğrunda fəda edib onu mənalandırmaqdır. Çünki ölüm bir son deyil, şəhid üçün yeni başlanğıcdır. Onlar susqun dodaqları ilə, minlərlə qəlbdə yaşayan səsləri ilə bizə “yaşa” deyirlər.

Hər şəhidin hekayəsi bir dərsdir. Onların həyatı bizə öyrədir ki, Vətənə sevgi boş sözlərlə deyil, əməllə sübut olunur. Dəyanətin atdığı addım da məhz bu idi. Onun seçimi sadə idi, amma əzəmətli “Vətən varsa, mən varam; Vətən yoxdursa, mən kiməm?” şüarının əbədi nümunəsinə çevrildi.

Bu sual onun içində bir and, bir and içində də bir əbədiyyət doğurdu. O, Vətənin çağırışına öz həyatı ilə cavab verdi, silaha sarıldı, döyüş yoluna çıxdı. Gənc yaşına, heç müharibə görməyən körpə ömrünə rəğmən, onun qəlbində qorxu yox, inam vardı. O bilirdi ki, bu döyüşlər onun ömrünü yarıda kəssə də, unudulmayacaq, çünki torpağın özü şəhidlərin ruhu ilə yaşayır.

Qarabağ - həm ağrı, həm qürur

Qarabağ təkcə bir coğrafiya deyil, xalqın ruhudur. Hər daşında, hər bulağında bir şəhidin nəfəsi, bir ananın duası, bir döyüşçünün izi var. O dövrdə - 1990-cı illərdə - Azərbaycan hələ müstəqilliyini təzəcə qazanmışdı. Dövlətin sütunları bərkiməmişdi, amma xalqın iradəsi dağ kimi möhkəm idi. Məhz bu iradə sayəsində minlərlə oğul, o cümlədən Dəyanət kimi qəhrəmanlar öz canlarını torpağa sipər etdilər.

Onların mübarizəsi hərbi savaşdan daha çox, mənəvi savaşı idi. Qarabağ uğrunda döyüşmək Azərbaycanın kimliyini, tarixini, mədəniyyətini, bütünlüyünü qorumaq demək idi. O döyüşlərdə kəsilən hər nəfəs gələcəyin azad nəfəsi üçün verilmiş qurban idi. Bu gün azad Şuşa, Laçın, Kəlbəcər onların ruhunun nurunda parlayır.

Bir şəhidin adı min ürəkdə yaşayır

Bəzən bir insan ölür, adını bir küçə daşıyır. Bəzən isə bir insan ölür, minlərlə qəlbin içində yaşayır. Dəyanət kimi şəhidlər minlərlə, milyonlarla qəlbdə əbədi yaşayan qəhrəmanlarımızdır. Onların adı yaddaşımızda, dilimizdə, dualarımızda yaşayır. Çünki şəhidin adı daşda yox, bir xalqın vicdanında əbədiləşir.

Hər dəfə bir şəhidin adını çəkiləndə bir millət ayağa qalxır. Hər dəfə onların ruhuna “Allah rəhmət eləsin” deyiləndə, Vətən bir az daha müqəddəsləşir. Çünki şəhid qanı ilə yuyulmuş torpaq artıq sadəcə torpaq deyil, Vətəndir, yurddur, yaddaşdır.

Dəyanət... Nədir bu adın mənası? Dəyanət inam, sədaqət, etibar deməkdir. Onun adı elə taleyinə yazılmışdı sanki. O, Vətənə olan sədaqətini sözlə yox, əməli ilə göstərdi. Savaş meydanında göstərilən cəsarət anlıq olsa da, onun izi əsrlər boyu qalır.

O, düşmən qarşısında geri çəkilmədi. Çünki Azərbaycan oğlu üçün düşmən qarşısından geri çəkilmək ölümdən də betərdir. O, ölümdən qorxmadı, çünki ölümün o tərəfini - əbədiyyəti görürdü. Hər güllə, hər partlayış, hər səngər onun qəlbində bir dua kimi səslənirdi: “Allahım, Vətənimi qoru!” Məncə, Allah məhz o şəhidlərin - Dəyanət kimi Vətənin ən dar günündə müdafiəsinə qalxan Birinci Qarabağ müharibəsi şəhidlərimizin bu duasını eşitdi. Eşitdi ki, 30 il sonra Azərbaycan tarixində, dünyanın son bir əsrlik dönəmində görülməmiş qələbə yaşandı - bir xalq öz qolunun gücü ilə işğal altında olan torpaqlarını xilas etdi. Qarabağımıza yenidən azadlıq qayıtdı.

Biz bu gün azad nəfəs alırıqsa, bu, o şəhidlərin sayəsindədir. Onlar həyatlarını bizim sabahımız üçün verdilər. Bizim borcumuz isə onların adını unutmamaq, unutdurmamaqdır. Şəhidin məzarı qarşısında dayananda, baş əymək təkcə mərasim deyil - bir vədədir. O vədəni qorumaq vətənə sadiq olmaq, torpağı sevmək, ədalətə və doğruluğa xidmət etmək deməkdir.

“Şəhidlər ölməz!” deyirik. Bu, nə təsəllidir, nə mif, nə də poetik obraz. Bu, həqiqətin özüdür! Bəli, şəhidlər ölməz! Onlar öz savaşları ilə bir xalqın ruhuna çevrilirlər. Dəyanət də o ruhun bir parçasıdır. Onun ruhu bu gün də hər bir gəncin qəlbində yaşayır, hər bir azad nəfəsdə hiss olunur. O ruhun gücü idi Qarabağın işğalından yaşca kiçik olan övladlarımızı 2020-ci ilin sentyabrında cəbhəyə səsləyən, cəmi 44 gündə xalqımıza misilsiz qələbəni yaşadan.

Bir şəhidin bizə mirası

Şəhidlərdən miras qalan təkcə azad torpaq deyil. Onlar bizə vətəndaşlıq dərsi də qoyub getdilər. Bu dərs bizə öyrədir ki, Vətəni sevmək təkcə sözlə deyil, əməllə, davranışla, vicdanla olur. Dəyanət kimi gənclərin ruhu bizə hər gün xatırladır: “Sən azadsansa, kimsə bunun üçün can verib”.

Bu gün müstəqil, güclü Azərbaycan Ordusu var. Amma bu ordunun təməli məhz o illərdə - Birinci Qarabağ müharibəsində qoyulub. O şəhidlərin ruhu bu ordunun sütunlarına hopub. Hər bir əsgər, hər bir zabit, hər bir gənc bu ruhu daşıyır.

Dəyanətlərin ruhu bu gün də Qarabağ dağlarının küləyində, Cıdır düzündə, Xankəndidə, Xocalı torpağında dolaşır. Onların qanı bu torpağı müqəddəsləşdirib, onların şəhadəti bu milləti birləşdirib.

Bəzən “şəhid olmaq istəmək” ifadəsi çox sadə səslənir. Amma bu, insanın öz mənliyini, öz “mən”ini aşmaq deməkdir. Şəhidlik qorxunun yox, imanın zirvəsidir. Dəyanət də o zirvəyə inamla qalxdı. Onun şəhadəti ulu xalqın bu gün, sabah və gələcək min illiklər boyunca övladlarına qürurla danışacağı qəhrəmanlıq dastanının bir parçasıdır. Hər şəhidin taleyində bir dərs, bir xəbərdarlıq var: “Azadlıq bədəlsiz olmur”. Bu gün azadlıqla nəfəs alan hər kəs bu bədəlin dəyərini yaxşı bilir. Dəyanət kimi oğullar bu bədəl üçün canlarını qoydular ki, biz azad yaşayaq.

Şəhidlər üçün “qayıdış” anlayışı fərqlidir. Onlar torpağa qayıdırlar, amma yox olmurlar. Onlar torpaqla birləşir, onun canına çevrilirlər. Dəyanət də o dönüşü etdi. Bəlkə də bu gün hansısa çəmənin yaşıllığında, bir dağın sükutunda, bir quşun qanadında onun titrək nəfəsi var.

Hər dəfə şəhidlərin xatirəsinə ucaldılan abidə, əkilən ağac, oxunan dua - bu torpağın canlı yaddaşıdır. Biz onların ruhu ilə bir millət kimi bütövləşirik. Dəyanətin ömrü illərlə deyil, ruhun gücü ilə ölçülür. O, getdi ki, biz qalaq. O, susdu ki, biz danışaq. O, şəhid oldu ki, Vətən yaşasın.

Bu gün gənc nəsil üçün ən böyük nümunə məhz Dəyanət kimi şəhidlərdir. Onların həyatı bizə öyrədir ki, Vətən sevgisi bir hiss deyil, bir məsuliyyətdir. Sədaqət isə bir dəfəlik and deyil, ömürlük borcdur.

Şəhidlər bizə göstərdilər ki, millət olmaq yalnız eyni torpaqda yaşamaqla yox, eyni dəyərləri paylaşmaqla mümkündür. O dəyərlərin başında isə Vətənə məhəbbət gəlir. Dəyanətin ömrü qısa idi, amma mənası min illərə bəs edəcək qədər dərin idi. O, yaşadığı kimi də ad qoydu öz ömrünə - dəyanətli.

Onun adı, onun ruhu, onun əməlləri bu millətin vicdanında bir işıq kimi yanacaq. Və biz hər dəfə azad torpağa ayaq basanda, qəlbdən deyəcəyik:

“Ruhun şad olsun, şəhid qardaş! Vətən azaddır və biz bunu sənə borcluyuq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna müharibəsi Rusiyanın təsirlərini zəiflətdi

09 İyun 2026 14:11see286

ABŞ və İran razılaşa biləcək? ŞƏRH

09 İyun 2026 18:31see274

Azərbaycan və Skandinaviya arasında enerji əməkdaşlığı üçün unikal imkanlar

09 İyun 2026 06:32see234

Diz ağrısı ilə xəstəxanaya getdi, rentgendə yüzlərlə qızıl aşkarlandı

09 İyun 2026 06:00see220

Tramp: ABŞ ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

10 İyun 2026 00:06see203

Gənc ana və oğulları

09 İyun 2026 03:48see200

10 KOB subyekti də “startap”çı oldu

09 İyun 2026 03:24see194

İrana hücumların təkrarlanması ciddi iqtisadi problemlərə səbəb olardı Tramp

10 İyun 2026 00:43see189

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

09 İyun 2026 02:15see183

Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır

10 İyun 2026 12:19see179

“RB Leypsiq”in müdafiəçisi Lukeba Anqola millisinin üzvü ola bilər

09 İyun 2026 01:50see178

Şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib

09 İyun 2026 16:43see172

“Döyüş başlıqları anbarlardan çıxarılır” SIPRI dən həyəcan təbili

09 İyun 2026 04:30see172

Ürək üçün ən faydalı 10 QİDA

10 İyun 2026 04:05see169

Qulaqdakı bu xətt infarkt riskini göstərir

09 İyun 2026 03:03see168

Hansı tərəfimiz üzərində yatmalıyıq?

10 İyun 2026 04:43see158

U 21 qırğızlarla bacarmadı

09 İyun 2026 21:09see157

Evdəki gizli təhlükə: Tozsoranla bağlı bilinməyənlər...

10 İyun 2026 03:03see152

İran Trampın hədəsinə CAVAB VERDİ

10 İyun 2026 00:41see152

Poçt britaniyalı sakinin sifarişini 19 il sonra çatdırdı

09 İyun 2026 04:37see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri