İspaniyada uğurlu nəticə qazanan Azərbaycan gimnastları Vətənə qayıdıblar
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 15 sentyabr, AZƏRTAC
İspaniyanın Pamplona şəhərində keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında uğurla çıxış edən Azərbaycan idmançıları Vətənə qayıdıblar.
AZƏRTAC xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları, federasiya və media nümayəndələri qarşılayıblar.
Ölkəmizi qarışıq cütlük proqramında təmsil edən Mədinə Mustafayeva və Vladimir Dolmatov final mərhələsində inamlı çıxış nümayiş etdirərək cəmi 0,1 xal fərqlə gümüş medalın sahibi olublar.
Avropa çempionu olan cütlüyümüz təsnifat mərhələsində 19.050 xal toplayaraq finala yüksəlib. Finaldakı çıxışlarının nəticəsinə əsasən gimnastlarımız fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar.
Dünyanın ən güclü aerobika gimnastlarını bir araya gətirən mötəbər yarışda 38 ölkədən 350-dən çox gimnast mübarizə aparıb.
Müxbir - Cavid Əliyev
Fotoqraf - Xanlar Əlizadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 15 Sentyabr 2026 00:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















