“Matçdan razı, nəticədən narazı qaldım” Erhan Toker
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"LANDAU Lions" komandasının basketbolçuları FIBA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Latviyanın "VEF Riqa" kollektivi ilə matçda yaxşı mübarizə aparıblar. Sport24.az xəbər verir ki, bunu Azərbaycan təmsilçisinin baş məqşçisi Erhan Toker sözügedən oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, məğlub olduqları qarşılaşma barədə danışıb:
"İlk iki dövrəni daha yaxşı çıxış etdik. İkinci yarıda bir qədər oyundan qopduq. Təbii ki, bu bizim hazır olmamağımızdan da qaynaqlana bilər. Bu, sadəcə ikinci oyunumuz idi. Hələ də komandada rollar bəlli deyil. Mənnun olduğum və razı qalmadığım tərəflər var. Müdafiədə daha sərt oynamalı idik. Yekunda matçdan razı, amma nəticədən narazı qaldım. Bizim üçün faydalı oyun oldu. Basketbolçularımız yaxşı mübarizə apardılar. FIBA Avropa Liqasına hazırlaşacağıq".
"VEF Riqa" komandasına 88:105 hesabı ilə uduzan "LANDAU Lions" mübarizəni Avropa Kubokunun G qrupunda davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 15 Sentyabr 2026 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















