Icma.az
close
up
RU
Səhiyyə Nazirliyindən “cek pot”: Bir gündə 556 minlik tender qazandı

Səhiyyə Nazirliyindən “cek pot”: Bir gündə 556 minlik tender qazandı

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Səhiyyə Nazirliyi bir gündə xeyli sayda tender keçirib. 

Hurriyyet.az xəbər verir ki, dünən nazirlik qaliblərin adını açıqlayıb.

İlk tender Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi tərəfindən keçirilib. Naxçıvan Muxtar Respublikasi Təcili Tibbi Yardım xidmətinin, Əliqulu Qəmküsar küçəsində yerləşəcək ərazidə avtomobillər qarajı və Təminat mərkəzinin ümumi layihə işləri üzrə sənədlərin hazırlanmasını ehtiva edən işlərə 53.639,34 manat xərclənəcək. Bununla bağlı müqavilə isə “ARXPROYEKT” MMC ilə bağlanılıb.

Nazirliyin ikinci tenderi isə Respublika QİÇS-lə mübarizə mərkəzi üçün avtomobillərin satınalınması ilə bağlı olub. Tribunainfo.az xəbər verir ki, bu məqsədlə “Azərbaycan Avtomobil Evi” MMC ilə 92.310 manata razılaşıblar.

Nazirliyin Tikilməkdə olan Müəssisələrin Müdriyyəti isə Səhiyyə Nazirliyinin tabeliyində olan Tibb Müəssisələrinin cari təmir işlərini reallaşdırmaq fikrindədir. “NN-MED TƏMİR TİKİNTİ” MMC ilə bağlanlşmış satınalma müqaviləsinin dəyəri 116.814,28 manat təşkil edib.

Bundan başqa, nazirlik “Pirallahı Tibb Mərkəzi” üçün də maşın və avadanlıqların satınalınmasını həyata keçirəcək. “VIVA MEDICAL GROUP” MMC ilə bu məqsədlə 130.472,6 manatlıq müqavilə imzalanıb.

Tribunainfo.az onu da bildirir ki, nazirlik Ağdaş Mərkəzi Xəstənanası üçün təsərrüfat və digər malların, Saatlı Mərkəzi Xəstəxanası üçün isə mətbəə məhsullarının, dəftərxana və təsərrüfat mallarının satınalınmasını da həyata keçirmək üçün tenderin qaliblərini açıqlayıb. Ağdaş xəstəxanası “PROMATECH GROUP” MMC ilə 36.046,51 manata, Saatlı xəstəxanası isə “A4 OFİS” MMC ilə 51.353,01 manata anlaşıblar.

Səhiyyə Nazirliyinin sonuncu tenderini isə Respublika Neyrocərrahiyyə Xəstəxanası keçirib. Tibbi və digər avadanlıqların satınalınması üçün “KRİPTO LAB” MMC ilə müqavilə bağlayan qurum, bu işlərin görülməsi üçün qarşı tərəfə 76.402,64 manat ödəniş edəcək./Tribunainfo.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 Dekabr 2024 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri