Icma.az
close
up
RU
“Səhnəarxası görüşlər” kitabının təqdimatı olub

“Səhnəarxası görüşlər” kitabının təqdimatı olub

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Səhnəarxası görüşlər” kitabının təqdimat mərasimi keçirilib.

Əvvəlcə rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın banisi kimi dövlətçiliyimizin möhkəm təməllərini yaradıb. Ümummilli Liderin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmiz parçalanmaq təhlükəsindən xilas olaraq sabitlik və inkişaf yoluna çıxıb. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizi daha da gücləndirərərk hərtərəfli inkişaf etdirib. Əldə olunan tarixi Qələbələr və suverenliyin tam bərpası Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli strateji xəttin təntənəsidir. Bu uğurlar təkcə hərbi sahədə deyil, siyasi və diplomatik sahələrdə də Azərbaycanın gücünü göstərib. Hər bir uğurun əsasında Ulu Öndərin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi milli maraqlara əsaslanan siyasət dayanır.
Ulu Öndər Heydər Əliyevin mədəniyyət sahəsinin inkişafına, mədəni irsimizin qorunmasına və sənət adamlarına göstərdiyi diqqətdən bəhs edən Bəxtiyar Nəbiyev kitabın müəllifi olan Zamiq Əliyevə Ümummilli Liderin mədəniyyət və incəsənət xadimləri ilə görüşlərinə həsr olunan kitabı ərsəyə gətirdiyinə görə təşəkkür edib.
Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Vazeh Əsgərov, Milli Məclisin deputatları Aydın Mirzəzadə, Vüqar Rəhimzadə, Göydəniz Qəhrəmanov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi (Humanitar fakültələr üzrə) kafedrasının müdiri, dosent Azad Rzayev Ulu Öndər Heydər Əliyevin və Onun layiqli siyasi davamçısı Prezident İlham Əliyevin uğurlu fəaliyyətlərindən, əldə olunan Zəfərlərdən bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, “Səhnəarxası görüşlər” kitabı Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin nadir aspektlərini işıqlandıran əvəzsiz mənbədir. Əsər təkcə xatirə toplusu deyil, həm də siyasi portretin real insan obrazı ilə sintezidir. Kitabda təqdim olunan epizodlar Ümumilli Lider Heydər Əliyevin dərin analitik təfəkkürünü və yüksək idarəetmə bacarığını nümayiş etdirir. Liderin xalqla münasibətlərindəki səmimilik onun siyasi uğurlarının təməlində dayanır. Oxucu burada Ulu Öndər ilə sənət adamları arasında qopmaz bağın necə formalaşdığını aydın şəkildə görür. Çıxışların sonunda kitabın müəllifinə təşəkkürlər ifadə olunub.
Sonda çıxış edən ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Səhnəarxası görüşlər” kitabının müəllifi, xalq artisti, professor Zamiq Əliyev Ulu Öndər Heydər Əliyevlə olan xoş xatirələrini bölüşüb. Çıxışda Ulu Öndərin mədəniyyətə qayğısı və sənətkarlara olan diqqətindən bəhs olunub. Çıxışlarda mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs olunub. Qeyd olunub ki, bugünkü təqdimat mərasimi dərin məna daşıyır. “Səhnəarxası görüşlər” adlı bu kitab Heydər Əliyev dühasının az tanınan, lakin mühüm məqamlarını işıqlandırır. Oxucunu Ulu Öndərin sənətə, mədəniyyətə olan dəyərinin arxasındakı dahiliyi ilə tanış edir. Çıxışda Kitabın mədəniyyət və incəsənət sahəsində Ulu Öndərin xidmətlərinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyəti vurğulanıb.
Çıxışlardan sonra kitabın müəllifi, xalq artisti, professor Zamiq Əliyevə YAP Yasamal rayon təşkilatı adından qiymətli hədiyyələr təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasınını Himni səsləndirilməsi ilə başa çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Aprel 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri