Icma.az
close
up
RU
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Səhnəarxası görüşlər” kitabının təqdimat mərasimi keçirilib FOTOLAR

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Səhnəarxası görüşlər” kitabının təqdimat mərasimi keçirilib FOTOLAR

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

YAP Yasamal rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Səhnəarxası görüşlər” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Vazeh Əsgərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Vüqar Rəhimzadə, Aydın Mirzəzadə, Göydəniz Qəhrəmanov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, xalq artisti, professor Zamiq Əliyev, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi (Humanitar fakültələr üzrə) kafedrasının müdiri, dosent Azad Rzayev, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov, YAP Yasamal rayonu ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, media nümayəndələri və rayon ictimaiyyəti iştirak edib.

İlk öncə YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

Təqdimat mərasimində ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, ulu öndər Heydər Əliyev müasir Azərbaycanın banisi kimi dövlətçiliyimizin möhkəm təməllərini yaratmışdır. Onun müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmiz parçalanmaq təhlükəsindən xilas olaraq sabitlik və inkişaf yoluna çıxmışdır.Ümumilli lider Heydər Əliyev xalq-iqtidar birliyinə nail olmuş, güclü ordu və güclü dövlət ideyasını gerçəkləşdirmişdir. Neft strategiyası ilə Azərbaycanın iqtisadi gələcəyini təmin etmiş, beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirmişdir. Prezident cənab İlham Əliyev bu dahi siyasətin davamçısı kimi ölkəmizi daha da gücləndirmiş, hərtərəfli inkişaf etdirmişdir. Əldə olunan tarixi Qələbələr və suverenliyin tam bərpası ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli strateji xəttin təntənəsidir. Bu uğurlar təkcə hərbi sahədə deyil, siyasi və diplomatik sahələrdə də Azərbaycanın gücünü göstərmişdir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri də ulu öndər Heydər Əliyevin ideyalarının canlı təzahürüdür. Hər bir uğurun kökündə Ulu Öndərin müəyyənləşdirdiyi və Prezident cənab İlham Əliyevin davam etdirdiyi milli maraqlara əsaslanan siyasət dayanır. Çıxışın sonunda ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşlərinə həsr olunmuş belə bir kitabın təqdimatnın keçirilməsindən məmnunluğunu bildirib. Ulu Öndərin digər istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsinin inkişafına, mədəni irsimizin qorunmasına və sənət adamlarına göstərdiyi diqqətdən bəhs edən Bəxtiyar Nəbiyev kitabın müəllifi olan Zamiq Əliyevə belə bir dəyərli nəşrə görə təşəkkürünü bildirib.

Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Vazeh Əsgərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Aydın Mirzəzadə, Vüqar Rəhimzadə, Göydəniz Qəhrəmanov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi (Humanitar fakültələr üzrə) kafedrasının müdiri, dosent Azad Rzayev ulu öndər Heydər Əliyevin və Onun layiqli siyasi davamçısı Prezident İlham Əliyevin uğurlu fəaliyyətlərindən, əldə olunan Zəfərlərdən bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, “Səhnəarxası görüşlər” kitabı ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin nadir aspektlərini işıqlandıran əvəzsiz mənbədir. Əsər təkcə xatirə toplusu deyil, həm də siyasi portretin real insan obrazı ilə sintezidir. Kitabda təqdim olunan epizodlar ümumilli lider Heydər Əliyevin dərin analitik təfəkkürünü və yüksək idarəetmə bacarığını nümayiş etdirir. Liderin xalqla münasibətlərindəki səmimilik onun siyasi uğurlarının təməlində dayanır. Oxucu burada Ulu Öndər ilə sənət adamları arasında qopmaz bağın necə formalaşdığını aydın şəkildə görür. Çıxışların sonunda kitabın müəllifinə təşəkkürlər ifadə olunub.

Sonda çıxış edən ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Səhnəarxası görüşlər” kitabının müəllifi, xalq artisti, professor Zamiq Əliyev ulu öndər Heydər Əliyevlə olan xoş xatirələrini bölüşüb. Çıxışda Ulu Öndərin mədəniyyətə qayğısı və sənətkarlara olan diqqətindən bəhs olunub. Çıxışlarda mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs olunub. Qeyd olunub ki, bugünkü təqdimat mərasimi dərin məna daşıyır. “Səhnəarxası görüşlər” adlı bu kitab Heydər Əliyev dühasının az tanınan, lakin mühüm məqamlarını işıqlandırır. Oxucunu Ulu Öndərin sənətə, mədəniyyətə olan dəyərinin arxasındakı dahiliyi ilə tanış edir. Çıxışda Kitabın mədəniyyət və incəsənət sahəsində Ulu Öndərin xidmətlərinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyəti vurğulanıb. Zamiq Əliyev çıxışının sonunda belə bir təqdimat mərasiminin təşkilinə görə başda sədr Bəxtiyar Nəbiyev olmaqla YAP Yasamal rayon təşkilatına öz dərin minnətdarlığını bildirib.

Çıxışlardan sonra kitabın müəllifi, xalq artisti, professor Zamiq Əliyevə YAP Yasamal rayon təşkilatı adından qiymətli hədiyyələr təqdim edilib.

Yeni Azərbaycan Partiyasınını Himni səsləndirilib.

Sonda xatirə şəkli çəkdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Aprel 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see254

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see209

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see148

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see137

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see124

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri