Icma.az
close
up
RU
Səhnədə “Ağ qara” həyatda görünməyən yara

Səhnədə “Ağ qara” həyatda görünməyən yara

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Ağ və qara.. Ağ rəng göyərçinə, qara isə parçalanmış buludlara bənzəyir. Bu buludlar yavaş-yavaş sökülüb yerə tökülür. Mən əlimə almağa çalışdıqca daha da parçalanır. Hə! Uzaqdan görürəm. Lap uzaqlardan bir qadın diqqətlə mənə baxır. Yox, bəlkə də, sən elə düşünürsən, özünü yanıltma.

Qadın o qədər qorxurdu ki, mən ona toxunmaq istədikdə titrək əlləri ilə məni itələdi. Mənə “Günahkarsan” dedi!

– Mən? Mən, axı...

– Sən... Siz! Sizlər! Bu torpağın qoxusunu hiss edirsən? Bax.. nəfəssiz qalan balıqlar, balaca tısbağa... Bax, ovcumun arasından yavaş-yavaş getdi. Görürsən? Qaça bilmir. Siz insanlar günahkarsız! Yalnızca sözlərinizlə deyil, sərgilədiyiniz hər bir davranışla, atdığınız hər bir addımla onları məhv edirsiniz.

Qadın danışdıqca, sanki, ruhum bədənimdən qopub, ona sarılmaq istəyirdi. Acıları hiss edən insanlar bəzən ölümlə yaşamağın arasında qaldığı kimi, o balaca canlılar da savaşırdı. Qadın torpağı əlləri ilə götürüb, saçlarına tökürdü, göz yaşları yanaqlarını islatdıqca sinəsində tutduğu yavru tısbağaya baxırdı.

Ətrafı qaranlıq bürümüşdü. Gözə görünən sadəcə torbada olan boş qutular idi. Ayaq basdığım hər yeri çirkləndirən bu boş qutular. Qadını kənardan xeyli izlədim. Əllərində tutduğu o boş, mənasız zibillər, bağrına basdığı qanadı qırılmış quş və tısbağa. Heç nə deyə bilmədim, çünki bəzi kəlmələr göydəki şimşək çaxan zamandan toza çevrilir...

Bu duyğuları bir tamaşaçı kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Bölgə teatrlarının Bakı premyeraları” layihəsi çərçivəsində səhnə əsərinə baxan zaman yaşadım. Mingəçevir Dövlət Dram Teatrının direktoru, Əməkdar artist İntiqam Soltanın quruluşunda ekologiyanın qorunmasının vacibliyindən bəhs edən “Ağ və qara” mono-pyesinin hadisələri məni bu qarışıq keçidlərə apardı. Aktrisa Lalə Abuşovanın tamaşada canlandırdığı obraza baxdıqca göz yaşlarımı zorla saxlayırdım. Ətrafı çirkləndirən hər şey bəlkə də ona acımasız insanları xatırladırdı. İnsan cəllad ola bilərmi? Bu sual o qədər insanı düşündürür ki, bəzən ruhumda yaşayan ikinci Səmanı belə sorğuya çəkirəm.

Lalə xanım səhnəni qollarının arasına almaqla yanaşı, biz tamaşaçılara da səhnənin susan divarlarını dinlətməyə çalışırdı. Səhnə susqundur, amma aktyorların susmağa deyil, danışmağa, çağırış etməyə ehtiyacı var! Necə ki, Lalə Abuşova o səhnədə bizlərə çağırış etdiyi kimi.

Qələmim yazır, amma zehnimdə yarımçıq qalan sözlər var. Aktrisanın təqdim etdiyi hadisələr sanki bir kino lenti kimi gözlərim önündən keçir, zehnimi məşğul edir. Yaşantıları hiss etmək başqa, amma ağrını canında duyub, susmaq tamamilə başqadır. Biz təbiətə, ekologiyaya qəsd hallarına bəzən çox laqeyd yanaşırıq.

Bu tamaşa da bizim görünməyən yaralarımızı açdı, amma biz onları hiss etmədik, çünki torpağın altında, üstündə, coşqun dənizdə rəqs edib, pərvazlanan canlıların yanında susmalı idik...

Səma MUĞANNA,
AYB üzvü, Prezident mükafatçısı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Fevral 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri