Icma.az
close
up
RU
Xatirələrdə yaşayanlar: Həyatda da ata oğul, səhnədə də

Xatirələrdə yaşayanlar: Həyatda da ata oğul, səhnədə də

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Etibar ƏHƏDOV
"Aşkarlıq" qəzetinin baş redaktoru

Lənkəran Xalq Teatrının səhnələrində saysız-hesabsız obrazlar yaratmış Vəliəhəd Əhmədov yaşlı nəslin yaddaşında silinməz izlər buraxıb. 1960-cı illərin ortalarında rayon teatrında Səməd Vurğunun "Vaqif" tamaşası göstərilirdi. Həvəskar aktyor Vəliəhəd Əhmədov tamaşada oğlu Davudla birgə çıxış edirdi. Ata - Vəliəhəd Əhmədov Vaqif, oğul - Davud Əhmədov isə Əli bəy rolunu oynayırdı. Tamaşadan sonra o dövrün mətbuatında "Həyatda da ata-oğul, səhnədə də ata-oğul" məzmunlu başlıqlarla bir-birindən maraqlı yazılar dərc olundu. Səs diapazonuna görə Vəliəhəd Əhmədovu Xalq artisti Ələsgər Ələkbərovla, oğlu, uzun illər Azərbaycan radiosu və televiziyasının diktoru olmuş Davud Əhmədovu SSRİ-nin Xalq artisti, tanınmış diktor Levitanla müqayisə edirdilər.

Səhnə gül-çiçəklərlə bəzənmişdi. Tamaşaçılar ata və oğulu sürəkli alqışlarla səhnədən buraxmaq istəmirdilər.

Lənkəran teatrının inkişafında mühüm xidmətləri olan Vəliəhəd Musa oğlu Əhmədov 2 may 1918-ci ildə Lənkəran şəhərində anadan olmuşdu. İxtisasca əczaçı idi. Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsinin ilk buraxılış tələbələrindən olmuşdu. Ömrünün axırınadək Lənkəranda aptek müdiri işlədi.

Vəliəhəd Əhmədov həvəskar aktyor kimi səhnə fəaliyyətinə 1938-ci ildə Lənkəran Xalq Teatrında başlamış, teatrın aparıcı aktyorlarından olmuşdu. Müxtəlif əsərlərdə inandırıcı və parlaq obrazlar yaratmışdı. C.Cabbarlı və S.Vurğunun əsərlərində parlaq obrazların ən yaxşı ifaçılarından idi. Elxan, Aqşin ("Od gəlini"), "Oqtay Eloğlu", C.Cabbarlı, Eyvaz ("1905-ci ildə", C.Cabbarlı), Vaqif ("Vaqif"), S.Vurğun), Fərhad ("Fərhad və Şirin", S.Vurğun) obrazları Lənkəran teatrı tarixində əhəmiyyətli yer tuturdu. Vəliəhəd sanki səhnə üçün doğulmuşdu. Səsindəki səlis diksiya, hər bir obrazın fərdi xüsusiyyətini qabarıq vermək bacarığı ilə bu gün də yaddaşlardadır.

Vəliəhəd Əhmədov sonralar Ü.Hacıbəyovun "Leyli və Məcnun", Zeynal Xəlilin "Qatır Məmməd", S.S.Axundovun "Eşq və intiqam", A.Şirvanzadənin "Namus", S.Rəhmanın "Xoşbəxtlər" və sair əsərlərdə baş rollarda oynadı.

Yadımdan çıxmaz: Kəndimizdə orta məktəb olmadığından təhsilimi şəhərdəki 1 nömrəli məktəbdə davam etdirirdim. Bir dəfə sonuncu dərsdən sonra şəhərdə S.Vurğunun "Fərhad və Şirin" tamaşasına baxdıq. Bizdən yuxarı sinifdə oxuyan Elduza adlı qız dilini dinc saxlamadı və fəxrlə:

- Əsas rollarda atam və qardaşım oynayırlar, - dedi və ətrafdakıları özünə cəlb etdi. Biz də Elduzə xanımı təbrik etdik. Sonralar vaxt tapan kimi Vəliəhəd atanın və oğul Davudun iştirak etdikləri tamaşalara baxır və fikir mübadiləsi aparırdıq. Hər tamaşadan sonra Elduzə xanımı sorğu-suala tuturduq. Elduzə Əhmədova sonralar Lənkəran Şəhər Komsomol Komitəsinin birinci katibi oldu. Rayonun ictimai-siyasi həyatında fəal rol oynayır, bizi də rayon tədbirlərinə dəvət edirdi.

Xalq artisti Ələsgər Ələkbərovun vəfatından sonra Vəliəhəd Əhmədovu Azərbaycan Dövlət Dram Teatrına dəvət etmişdilər. Lakin amansız ölüm buna imkan vermədi. Vəliəhəd Əhmədov ömrünün 63-cü ilində, 1981-ci il mayın 9-da dünyasını dəyişdi.

Davud atasının ümidlərini doğrultdu. 1961-ci ildə Lənkəran şəhər 1 saylı orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət İncəsənət Universitetinin kino və dram aktyorluğu fakültəsinə daxil oldu.

Davud institutda oxuduğu dövrdən - 1962-ci ildən Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində diktor işlədi. Çox keçməmiş respublika radio və televiziyasının aparıcı diktorlarından oldu. Davud Əhmədov hökumət və dövlət rəhbərlərinin iştirak etdikləri müxtəlif mədəni-kütləvi tədbirlərin fəal aparıcılarından idi. Səlis, aydın, ürəyəyatımlı səsi ilə olanları tamaşaçılara çatdırırdı. Buna görə sevilir, alqışlanırdı.

Aradan bir neçə il keçəndən sonra Davudla Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində rastlaşdıq. Onda Lənkəran radio verilişləri redaksiyasında baş redaktorun müavini işləyirdim. Komitənin sədr müavini, yazıçı Cəmil Əlibəyovu axtardığımı biləndə ayaq saxladı, məni onun yanına apardı. Cəmil müəllim iş otağında məni gözləyirmiş. Dedi ki, baş redaktorumuz Məmmədhüseyn Əliyev onunla danışıb. Dərhal telefonla kiminləsə zəngləşdi və Davuda tapşırdı ki, məni texniki şöbəyə aparsın. Beləliklə, radio üçün lazımi texniki avadanlıqların alınması işi qaydaya salındı.

...Ölkədə ictimai-siyasi vəziyyətin gərgin olduğu dövr idi. Bir səhər Davud Əhmədovla Lənkəranda, studiyamıza yaxın yerdə rastlaşdıq. Harasa tələsirdi. İşsiz olduğunu eşitmişdim. Həqiqətən Davud kimi təcrübəli diktorlara çox yerdə ehtiyac vardı. Az da olsa, Lənkəranda bir yerdə işlədik. Davudun gəlişi ilə radiomuzun fəaliyyəti daha da canlandı. Dinləyicilər də bu təcrübəli diktorun səsinə alışmışdılar.

1992-ci ildə Davudun səsi Türkiyədən gəldi. Bir müddət ömür-gün yoldaşı Xalidə Əhmədova ilə Türkiyə televiziyasında işlədi. Xalidə xanım da Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdi. 1979-cu ildən Davudla birgə Azərbaycan televiziyasının diktoru kimi fəaliyyət göstərmişdi.

Bu gün Azərbaycan radiosu və televiziyasında fəaliyyət göstərən diktorlar arasında Davud Əhmədovun yetirmələri az deyil. Aralarında müxtəlif mükafat və fəxri adları olanlar da vardır. Nə yaxşı ki, heç nə itmir, heç nə yaddan çıxmır. Lənkəran teatrının cəfakeş aktyoru Vəliəhəd Əhmədovu, Azərbaycan radiosu və televiziyanın tanınmış aparıcı diktorları Davud Əhmədovu və Xalidə xanımı yaşadan xalq məhəbbəti, tamaşaçı sevgisidir.

Davud Əhmədov Bakının Biləcəri qəsəbəsində yaşayırdı. 2015-ci il avqustun 23-də dünyasını dəyişdi. Qəsəbə qəbiristanında da dəfn olunub.

Onun itkisi ailəsi üçün xüsusən ağırdır. Ömür-gün yoldaşı Xalidə xanım, övladları Aytən, Nərmin və Vəliəhəd vaxt tapan kimi Davud atanın məzarına baş çəkir, ruhunu şad edirlər. Həyat öz axarı ilə gedir. Dəyişən çox şey var. Baba Vəliəhəd ilə ata Davudun səhnə, teatr üçün gördükləri işlər unudulmayıb, yaddaşlara köçüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Noyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri