Icma.az
close
up
RU
Səhnədə infarkt halları niyə artır? Açıqlama

Səhnədə infarkt halları niyə artır? Açıqlama

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Məlum olduğu kimi, Türkiyənin Qara dəniz musiqisinin nəhəng səsi Volkan Konak Kiprdə bayram konserti zamanı infarkt keçirərək 58 yaşında dünyasını dəyişib. 6 ay əvvəl səhnədə halı pisləşərək xəstəxanaya yerləşdirilən sənətçi Metin Arolat da 52 yaşında dünyasını dəyişib. Digər bir sənət adamı Zeki Müren də 1996-cı ildə “TRT İzmir Televiziyası”nda onun üçün təşkil edilən mərasimdə infarkt keçirərək dünyasını dəyişib. 

Səhnədə oxşar taleyi paylaşaraq həyatını itirən sənətçilərin ardınca bu qəfil ölümlərin arxasında nələr dayanır sualı ağıla gəlir.

Artan adrenalin səviyyəsi ürək dərəcəsini artıraraq ani infarktlara səbəb ola bilər. Başqa bir səbəb yuxusuzluq və həddindən artıq yorğunluq ola bilər.

Türkiyəli kardioloq həkim İsmayıl Ateş səhnədə infarkt keçirmə səbəblərini və alınması lazım olan tədbirlərdən danışıb.

Onun sözlərinə görə, bu riskin əsas səbəbləri arasında güclü stress və həyəcandır:

“Səhnə çıxışları böyük fiziki və emosional təzyiq yaradır. Uzun davam edən məşqlər və gecə konsertləri yuxu rejimini poza və ürək sağlamlığına mənfi təsir göstərə bilər. Qeyri-müntəzəm və qeyri-sağlam qidalanma da  ürəyi yoran mühüm amillərdəndir.

Qapalı və sıx işıqlandırılan mühitlər də bu riskə səbəb ola bilər. Səhnə işıqları və havasız konsert məkanları susuzluğa və oksigen çatışmazlığına səbəb ola bilər. Bu isə ürəyi daha çox yükləyir”.

Bundan əlavə, səhnə çıxışından öncə qəbul edilən enerji içkiləri, həddindən artıq kofein və fast-food kimi hazır qidalar ürək damarlarını gərginləşdirərək infarkt risqini artırır.

Mütəxəssis bildirib ki, COVID-19 keçirmiş şəxslərdə ürək damarlarında qan laxtalanması, iltihablanma və ani ürək krizi riski arta bilər:

“Bu vəziyyət COVID-19 xəstəliyinin özünə bağlı bir haldır. Tətbiq olunan peyvəndlərə dair isə vətəndaşların ağlında çoxlu suallar yaranıb. Bu barədə dəqiq bir məlumat olmamaqla yanaşı, COVID-19 sonrası bəzi peyvəndlərin (xüsusilə mRNA əsaslı olanların) nadir hallarda ürək iltihabı kimi yan təsirlərə səbəb ola biləcəyi bildirilir.”

Həkim gizli ürək xəstəliklərinin və hipertoniyanın uzun müddət fərq edilmədən irəliləyə biləcəyini və stresli vəziyyətlərdə ani krizlərə səbəb ola biləcəyini vurğulayıb.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Aprel 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri