Icma.az
close
up
RU
Səhnədən narkotik asılılığına qədər Unudulan Samir Bağırov

Səhnədən narkotik asılılığına qədər Unudulan Samir Bağırov

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Uzun illər sənətdən və səhnədən uzaq qalmağı seçən müğənnini çoxlarımız Briliant Dadaşova ilə birgə ifa etdiyi "Geri verərmi" mahnısı ilə xatırlayır. 

Lent.az-ın “Unudulan sənətkarlar” rubrikasının növbəti müğənnisi Samir Bağırovdur.

Azərbaycan estradasının ən fərqli və özünəməxsus sənətçilərindən biri hesab olunan Samir Bağırov 21 avqust 1967-ci ildə Bakıda anadan olub. Atası tatar, anası Ukraynadan olan müğənninin əsl adı Samir Rafiq oğlu Minullindir. Lakin o,səhnə fəaliyyətində  ata nənəsinin soyadı - Bağırovdan istifadə edib. 

Uşaq yaşlarından musiqiyə həvəsi olan Bağırov 126 nömrəli orta məktəbi bitirdikdən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının klassik vokal fakültəsində təhsilini davam etdirib. Daha sonra hərbi xidmətə çağırılıb və Sovet Ordusunun hərbi ansamblında solist kimi çıxış edib. Xidmətdən qayıtdıqdan sonra isə peşəkar musiqi fəaliyyətinə başlayıb. Onun ilk iş yeri isə Teymur Mirzəyevin rəhbərlik etdiyi "Qaya" Dövlət Estrada Orkestri olub.

Şöhrətə aparan yol

Onun şöhrətə aparan yoldakı dönüş nöqtəsi  "Bakı Payızı" müsabiqəsindən başlayıb. Samir Bağırov 1988-ci ildə keçirilən müsabiqənin laureatı olub. Daha sonra "Yalta-91" beynəlxalq müsabiqəsində uğur qazanıb və beləliklə, həm də keçmiş SSRİ məkanında populyarlaşmağa başlayıb. Sözügedən zamanda məşhur bəstəkar İqor Krutoy onun üçün mahnılar yazıb və ifa etdiyi "Otzovis" mahnısı ona uğur gətirib.

Estradanın fərqli siması

Samir Bağırovun təkcə səs deyil, həmçinin fərqli səhnə obrazı tamaşaçıların diqqətini hər zaman özünə çəkib. Xüsusilə, 1990-cı illərdə qeyri-adi sayılan geyim tərzi, saç düzümü və səhnə performansları ilə seçilib.  O, pop musiqisini caz, rokla birləşdirərək fərqli elementlər yaratmağı və dinləyicilərin könlünə yol tapmağı bacarıb. 

Məşhurluğun zirvəsindən - səhnədən uzağa

Müğənninin "Geri verərmi", "Sevgilim", "Sevmədin gülüm", "Mənsiz", "Deyirdim sənə" kimi mahnıları hər zaman dinləyicilər tərəfindən sevilərək dinlənilib və ona böyük uğur gətirib. 

Lakin bu şöhrətidən uzaqlaşmağı seçən müğənni 2010-ların əvvəlindən etibarən görünməməyə başlayıb. O, ekranlardan uzaqlaşmağı seçib və daha az görünməyə başlayıb. Müğənni bu barədə danışarkən bildirib ki, səbəb qalmaqallardan yorulması, səhnədən uzaqlaşmaq istəyi və daxili dünyasında yorğunluğu daşıya bilməməsidir. 

Narkotik asılılığı 

Samir Bağırovun haqqında yazılan və özünün də etiraf etdiyi məsələlərdən biri zamanında narkotikdən asılı olmasıdır. Müğənni bu haqda danışarkən sözügedən dönəmi həyatının ən ağır hissəsi hesab edib. O bildirib ki, bu amil onun həm şəxsi, həm də sənət həyatına mənfi təsir göstərib. Lakin müğənni uzun zaman müalicə aldıqdan sonra bu asılılıqdan xilas olmağı bacara bilib. 

Yenidən qayıtmaq istəyi

Sakit həyat tərzi keçirən müğənni əvvəlki qədər olmasa da, son illər bəzi televiziya kanallarında görünüb. O, son olaraq "Ölmədən öncə" ifasını dinləyiciləri üçün bölüşüb. Qeyd edək ki, müğənni şəxsi həyatını hər zaman mediadan uzaq saxlamağa çalışıb. 

Bütün bunlara baxmayaraq, o hələ də dinləyicilər üçün səhnə, səs, geyim və ifaları ilə sevilən müğənni olaraq qalır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 İyul 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see583

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see250

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri