Şəhriyar Əsgərov: İstədiyimiz nəticəni əldə edə bilmədik
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
"Matça yaxşı hazırlaşmışdıq. Ağır görüş olacağını bilirdik".
İdman.biz xəbər verir ki, bunu "Quba" basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərov mətbuat xidmətinə açıqlamasaında deyib.
Təcrübəli mütəxəssis Azərbaycan Basketbol Liqasının XVI turunda "Gəncə"yə məğlubiyyəti şərh edib: "Əslində, yaxşı da oyun göstərdik. Sadəcə qırılma nöqtələri oldu. Əlimizdən gələni etdik. Simeon Kirklandın olmaması da öz təsirini göstərdi. "Gəncə"nin gücünü yaxşı başa düşürdük. Sona qədər mübarizə apardıq. Amma sonda istədiyimiz nəticəni əldə edə bilmədik. Təəssüf ki, bu cür nəticə qeydə alındı. Oyunun videosuna baxıb, analiz edəcəyik. Çalışacağıq ki, növbəti görüşdə qələbə qazanaq. Lakin çətin olacağı da dəqiqdir. Başqa çıxış yolumuz yoxdur, mübarizə aparacağıq".
İdman.biz

