Şəkidə iki şəhid ailəsi ziyarət edilib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 27 oktyabr, AZƏRTAC
Vətən müharibəsinin altıncı ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən şəhid ailələrinin ziyarətləri davam edir. Bu çərçivədə Xidmətin Şəki-Zaqatala regional şöbəsinin əməkdaşları Vətən müharibəsi şəhidləri İbrahim Nakam oğlu Məmmədovun və Eltun Zaur oğlu Kərimovun ailələrini ziyarət ediblər.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olan İbrahim Məmmədov Vətən müharibəsi zamanı Cəbrayıl, Hadrut, Füzuli və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin azad olunması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məruzəni məhz İbrahim Məmmədov edib. O, Laçın istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Şəhid Eltun Kərimov Vətən müharibəsində Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və şəhidlik zirvəsinə ucalıb. Dövlətimizin başçısının sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ziyarət zamanı şəhidlərin şərəfli döyüş yolundan bəhs edilib, onların xatirəsinin Vətənə sədaqət və fədakarlıq nümunəsi kimi daim qəlblərdə yaşayacağı vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 27 Oktyabr 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















