Icma.az
close
up
RU
Səhvən əsgər aparılanlar təzminat ala bilərlər VƏKİL

Səhvən əsgər aparılanlar təzminat ala bilərlər VƏKİL

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hərbi xidmətə çağırılan şəxslərin tibbi müayinəsi və yararlılıq qərarları ilə bağlı şikayətlər zaman-zaman gündəmə gəlir.

Bəzi hallarda ilkin tibbi qiymətləndirmə ilə sonrakı qərarlar arasında ciddi uyğunsuzluqlar müşahidə olunur. Son günlərdə sosial şəbəkədə bir vətəndaş hərbi xidmətlə bağlı yaşadığı vəziyyəti paylaşaraq diqqət çəkib.

O bildirir ki, xidmətə getdikdən sonra hərbi hissədə aparılan tibbi müayinədə “yararsız” olduğu müəyyən edilsə də, buna baxmayaraq əsgərliyə göndərilib. 

Daha sonra hərbi-həkim komissiyasının qərarı ilə dinc dövrdə “yararsız”, müharibə dövründə isə “məhdud yararlı” qeyd edilərək təxris edilib. 

Vətəndaş hazırda bu uyğunsuzluqla bağlı hara şikayət edə biləcəyini və hüquqi olaraq təzminat alma imkanının olub-olmadığını araşdırır.

Çağırışçının tibbi vəziyyətinə uyğun olmayan qərarla hərbi xidmətə göndərilməsi nəticəsində hüquqlarının pozulduğu iddia edilirsə, belə hallarda vətəndaşın dövlət qurumundan təzminat tələb etmək hüququ necə müəyyən olunur?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü, insan hüquqları üzrə ekspert, hüquqşünas Roman Qaraşov bildirib ki, təcrübədə tez-tez rast gəlinən hallardan biri odur ki, çağırışçı ilkin tibbi komissiya tərəfindən “yararlı” kimi qiymətləndirilsə də, hərbi hissədə aparılan əlavə müayinələr nəticəsində yaxud xidmət zamanı onun faktiki olaraq hərbi xidmətə yararsız olması müəyyən edilir:

“Qanunvericilik baxımından bu, sırf tibbi yanlışlıq deyil, həm də dövlət orqanının düzgün olmayan qərarı, səhlənkarlığı nəticəsində vətəndaşın hüquqlarının pozulması hesab olunur. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən açıq şəkildə müəyyən edir ki, ürək-damar xəstəlikləri, epilepsiya, astma, şəkərli diabet, onkoloji və digər ağır xroniki xəstəliklər xidmət üçün əks göstərişdir.  Belə diaqnozlarla “yararlı” rəyinin verilməsi normativ tələblərin pozulmasıdır.

Bu kimi hallarda vətəndaş həm tibbi qərarın yenidən qiymətləndirilməsini, həm də yanlış rəyə görə dövlətin, vəzifəli şəxslərin məsuliyyət daşımasını tələb etmək hüququna malikdir. Müraciət ardıcıllığı qanunla müəyyən olunub. İlkin olaraq yuxarı instansiya Hərbi-həkim komissiyasına şikayət vermək (apellyasiya qaydasında), daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, nəticə alınmadıqda isə məhkəməyə müraciət etmək mümkündür”.

Onun sözlərinə görə, bir sıra hallarda, həmin zərərlərin dövlət tərəfindən kompensasiya edilməsi Azərbaycan qanunvericiliyinə tam uyğundur:

“Əgər yanlış rəy nəticəsində sağlamlıq vəziyyəti ağırlaşıbsa, əlavə tibbi xərclər yaranıbsa, əmək qabiliyyəti azalıbsa və ya psixoloji zərər baş veribsə, həmin zərərlərin dövlət tərəfindən kompensasiya edilməsi Azərbaycan qanunvericiliyinə tam uyğundur. Komissiya üzvlərinin səhlənkarlığı və ya vəzifə borcunun lazımi qaydada icra olunmaması ehtimalı varsa, bu hal prokurorluq orqanları tərəfindən araşdırılıb cinayət hüquqi qiymət verilə bilər”.

Vəkil qeyd edib ki, təzminat tələbinin təmin edilməsi üçün əsas şərt zərərin sübut edilməsi və səhv tibbi rəy ilə həmin zərər arasında birbaşa səbəb-nəticə əlaqəsinin ortaya qoyulmasıdır:

“Vətəndaş tibbi epikrizləri, hərbi hissədə aparılan müayinələrin nəticələrini, xəstəxana sənədlərini, müalicə xərclərinə dair qəbzləri, əmək qabiliyyətinin azalmasını təsdiq edən arayışları toplamalıdır. Bu sənədlər məhkəmədə aydın şəkildə sübut etməlidir ki, əgər tibbi komissiya qanuna uyğun, düzgün qərar versəydi, vətəndaş bu zərərə məruz qalmayacaqdı.

Beləliklə, yanlış tibbi rəy nəticəsində vətəndaşın sağlamlığına və hüquqlarına zərər dəyibsə, müvafiq dövlət qurumunun həm hüquqi məsuliyyəti, həm də təzminat ödəmə öhdəliyi qanunla müəyyən olunur”.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Noyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri