Icma.az
close
up
RU
Kanalizasiyaya düşərək ölən gəncin ailəsi təzminat ala bilərmi? Vəkil izah edir

Kanalizasiyaya düşərək ölən gəncin ailəsi təzminat ala bilərmi? Vəkil izah edir

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

İyunun 26-da Bakının Nəriman Nərimanov rayonu, "Baksol yolu" adlanan ərazisində baş verən faciə şəhər infrastrukturunun təhlükəsizliyinə dair sualları yenidən gündəmə gətirib. 28 yaşlı Cümşüd Cümşüdlü yer səthinin çökməsi nəticəsində kanalizasiya kollektoruna düşərək həyatını itirib. İki günlük axtarışdan sonra onun meyiti iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən təmizləmə anbarında tapılıb.

Hadisə ilə bağlı aparılan ilkin istintaq nəticəsində məlum olub ki, gəncin düşdüyü kanalizasiya xətti Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi - ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq üzrə cinayət işi başlanıb.

Bəs belə hallarda vəfat edən şəxsin ailəsi təzminat ala bilərmi?

Bu sualla bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Araz Məmmədov bildirib ki, hadisənin təhlükəsizlik tədbirlərinin yetərincə görülməməsi səbəbi ilə baş verdiyi hallarda, aidiyyəti qurum səhlənkarlığına görə məsuliyyət daşıyır və hüquqi müstəvidə bu məsuliyyət təzminat öhdəliyini yaradır:

"Belə hallarda şəxsin ailəsi - onun valideynləri və ya evlidirsə, həyat yoldaşı müvafiq dövlət orqanlarına müraciət edərək təzminat tələb edə bilərlər. Burada məsul qurumun səhlənkarlığı sübuta yetirilərsə, mülki təzminat iddiası qaldırmaq mümkündür. Təzminat mərhumun gələcək qazanc potensialına uyğun maddi təzminat, dəfn və məzar xərcləri, yaxınlarının yaşadığı psixoloji sarsıntıya görə mənəvi təzminat formasında ola bilər".

Vəkilin sözlərinə görə, zərərçəkmişin hüquqi varisi qismində nümayəndə təyin edilərsə, o da bu prosesi hüquqi yolla davam etdirə bilər.

"Təzminat tələbi ilkin olaraq prokurorluğa və polis orqanlarına müraciətlə başlasa da, əgər bu məsələ cinayət icraatında nəzərə alınmazsa, ailə müstəqil şəkildə məhkəməyə müraciət edərək təzminatı məsul dövlət qurumundan tələb edə bilər", - deyə vəkil qeyd edib.

Aləmdə Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 İyul 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri