Icma.az
close
up
RU
Səhvən sevgilisinin milyonlarını zibilliyə atdı FOTO

Səhvən sevgilisinin milyonlarını zibilliyə atdı FOTO

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Qız səhvən sevgilisinin milyonlarını zibilliyə atıb.

Ölkə.az milli.az-a istinadla xəbər verir ki, olay Britaniyada, Uelsin Nyuport şəhərində yaşanıb.

Uelsdə yaşayan James Howells adlı şəxsin sevgilisi Halfina Eddy-Evans səhvən onun içində bitkoin olan hard diskini zibilliyə atıb.

Halfina baş verən hadisəni belə izah edib: "James özü dedi ki, zibilləri atım. Qara torbalarda bir neçə köhnə əşya var idi. Mən də zibilliyə atdım. İçində belə dəyərli bir şey olduğunu bilmirdim. İndi ümid edirəm ki, taparlar və bu mövzudan danışmağı dayandırar! Onun pulundan bir qəpik belə istəmirəm, təki sussun."

O dövrdə Bitcoin-in bu qədər dəyərli olmadığını və hard diskindəki şifrəni unudduğunu söyləyən James Howells, hazırda bu 8.000 bitkoinin təxminən 717 milyon dollara bərabər olduğunu qeyd edib. O, hard diskin tapılması üçün Newport Bələdiyyəsinə müraciət edib, lakin bələdiyyə ətraf mühitə zərər verəcəyini əsas gətirərək axtarış işlərinə icazə vermir.

Howells bələdiyyəyə 495 milyon funt sterlinq məbləğində təzminat davası açıb və əgər hard diski tapsa, pulun 10%-ni şəhərə bağışlamağı vəd edir. O, Nyuportu "İngiltərənin Dubayı"na çevirməyi planlaşdırır.

Hadisə James-in noutbukuna meyvə şirəsi dağılması ilə başlayıb və bu səbəbdən kompüter sıradan çıxıb. O, noutbukun ehtiyat hissələrini satsa da, hard diski saxlayıb, lakin sonradan bu hard disk digər köhnə əşyalarla birlikdə zibilliyə atılıb. James, bələdiyyəni məhkəməyə verdikdən sonra 3 dekabrda keçiriləcək məhkəmə iclasını gözləyir.

Qeyd edək ki, Howells bitkoini 2009-cu ildə alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Noyabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri