Icma.az
close
up
RU
Səidə Dadaşova: İnşallah, mütləq deyirlər, amma ortalıqda heç nə yoxdur

Səidə Dadaşova: İnşallah, mütləq deyirlər, amma ortalıqda heç nə yoxdur

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Hər şey atamla gözəl idi. Ondan sonra nə ad günü keçirirəm, nə də ürəkdən sevinə bilirəm. Atamın doğum günləri həmişə gözəl keçirdi. Hər il yanvarın dördünü səbirsizliklə gözləyirdik. O, diqqəti sevən bir insan idi. Kimisə məcbur etməzdi ki, ad günümə gəl, mənə hədiyyə gətir. Bilən bilirdi, zəng edib təbrik edirdilər. Atamın doğum günləri həmişə möhtəşəm keçib. Teatrda kollektivlə də yığışardı, qeyd edərdilər. Biz onun yanında olanda xoşbəxt idik. İnsanın günü-güzəranı yaxşı olanda, çevrəsində hər kəs xoşbəxt olduqda bu onun üçün doğum günü sayılır. Mən o anla xoşbəxtəmsə, elə ad günümdür də. Atam da belə bir insan idi. Kiçik şeylərlə xoşbəxt olurdu".

Oxu.Az Moderator.az-a istinadən xəbər verir ki, bunu Xalq artisti Rafael Dadaşovun qızı, tanınmış müğənni Səidə Dadaşova deyib.

"Mən vaxtında atamdan hər şeyə görə halallıq aldım. Hətta övladım dünyaya gəlməmişdi. Dedim ki, ay papa, bir şeyin halallığını səndən almaq istəyirəm. Dedi ki, hər şeyim, bütün dünyam sənə halal olsun. Dedim ki, istəyirəm, övladım sənin adını daşısın. Dedi ki, mənim üçün fəxrdir, alnımdan öpdü. Nəslimizdə atamdan sonra Rafael Dadaşov həm ad, həm də soyadını heç kim daşımır. Balaca Rafael Dadaşov böyüyür. Yaxşı ki, belə də oldu! Çalışıram ki, atamın adını daşıyan övladımı onun, öz adıma layiq böyüdüm", - deyə Səidə Dadaşova bildirib.

Səidə Dadaşova əlavə edib ki, atası son illər laqeyd münasibətdən incimişdi:

"Son vaxtlar özü də incimişdi, yubileyini qeyd etməli idilər, söz versələr də, etmədilər. Sənət adamı çox həssas olur. Sevir ki, onu yad etsinlər. Müəyyən yaşdan sonra yad etmək sözdə idi, əməldə yox. Sənətkara vaxtında qiymət vermək lazım idi. Xalq, tamaşaçılar onu, onsuz da, çox sevirdilər. Naxçıvanda yubileyini qeyd etdilər, amma Bakıda yox. Mən çox istərdim ki, atama yaradıcılıq gecəsi keçirim. Bir çox insanlar söz verir, əməl etmirlər. Ona görə də susub kənarda oturmuşam. Söz verib etməmələri, həqiqətən, insana təsir edir. Tapşırıq olur, amma əməl olunmur. Kimə deyirəm, "inşallah", "mütləq" deyir, amma ortalıqda heç nə yoxdur".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Yanvar 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri