Icma.az
close
up
RU
Şəki ərazisindən axan çayların seldən mühafizə tədbirləri həyata keçirilib

Şəki ərazisindən axan çayların seldən mühafizə tədbirləri həyata keçirilib

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şəkidə sel və daşqın sularından mühafizə tədbirlərini həyata keçirilməsi ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tədbirlər həyata keçirir.

Gununsesi.info xəbər verir ki, bu barədə ADSEA-dan məlumat verilib.

Qeyd olunub ki, rayon ərazisindən axan dağ çaylarında sel sularının yaşayış məntəqələrinə və əkin sahələrinə vura biləcəyi ziyanın qarşısını almaq üçün məcra tənzimləmə işləri görülür. Bununla yanaşı, Kiş kəndi və şəhər ərazisinin sel təhlükəsindən qorunması üçün Kiş çayının sol sahilində 2019-cu ildə 120 paqonmetr, 2020-ci ildə 313 paqonmetr, 2021-ci ildə 106 paqonmetr, 2023-cü ildə isə 577 paqonmetr olmaqla ümumilikdə 1 116 paqonmetr daş-beton bənd tikilib. Kiş çayının sağ sahilində isə 1 926 paqonmetr bənd inşa olunmaqla, ümumilikdə 3 044 paqonmetr mühafizə bəndi istifadəyə verilib. Eyni zamanda, Kiş çayının sol sahilində 455 paqonmetr mövcud daş-beton bənd üzlənib, 125 m³, Şin çayının sol sahilində isə 100 m³ həcmində qabion bənd inşa olunub, məlumatda deyilir.

“Rayon ərazisindən axan Quruçay, Şinçay və Daşağılçay çaylarında da seldən mühafizə tədbirləri həyata keçirilib. Quruçay çayında aparılan işlər nəticəsində Baş Göynük kəndi tam şəkildə sel təhlükəsindən qorunub. Hazırda Daşağılçay çayında yerləşən Dəhnə, Suçma, Dərəcənnət və Cəfərabad kəndlərini suvarma suyu ilə təmin edən Dəhnə kanalının mühafizəsi istiqamətində işlər davam etdirilir”, – ADSEA qeyd edib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Aprel 2025 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri