Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 15 iyun, AZƏRTAC
Avtomat hidroloji stansiyaların iyunun 15-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçay çayından sel keçir.
Böyük Qafqaz ərazisindən axan Əyriçayda 69 santimetr, Katexçayda 24, Qudiyalçayda 4, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 16, Zəyəmçayda 3, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 5, Oxçuçay və Bərgüşadçayda 2 santimetr artım qeydə alınıb.
Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 12 santimetr artıb, su sərfi 132 kubmetr/saniyə olmaqla normanın 78 faizini təşkil edir.
Baxış sayı:121
Bu xəbər 15 İyun 2025 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















