“Şəki” nin baş məşqçisi: “Azərbaycan kuboku bizim üçün çox prioritet deyil” İdman və Biz
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Azərbaycan kuboku bizim üçün çox prioritet deyil. Biz daha çox çempionat haqqında düşünürük. Ancaq kubok matçlarına da çıxıb, sonadək mübarizə aparacağıq".
İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidmətinə "Şəki" basketbol klubunun baş məşqçisi Bedri Meriç deyib.
Türkiyəli mütəxəssis "Azərbaycan kubokunun 1/4 finalında "Lənkəran", yoxsa NTD ilə düşməyimizi istəyirsiniz? sualına belə cavab verib: "Lənkəran"ı çempionatdan tanıyırıq. NTD-nin isə çox dəyərli məşqçiləri və millidə oynayan basketbolçuları var. A qrupunda autsayder olsalar da, yerli oyunçu baxımından çox güclüdür. Hansı komandanın gəlməsini istəməyim düzgün olmaz. Rəqibimiz kim olsa, qələbə üçün əlimizdən gələni edəcəyik. Yarımfinalda rəqib, böyük ehtimalla, "Sabah" olacaq. Kubokda 2 yerli oyunçudan istifadənin məcburi olması azərbaycanlı basketbolçularımızın kubok matçlarına daha çox motivasiya olmasını şərtləndirəcək".
Qeyd edək ki, 1/4 final matçları martın 12-13-də keçiriləcək. Bütün oyunlar Bakıda baş tutacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 22 Yanvar 2025 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















