Icma.az
close
up
RU
Şəki şəhər 11 nömrəli tam orta məktəb 100 yaşını qeyd edib

Şəki şəhər 11 nömrəli tam orta məktəb 100 yaşını qeyd edib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şəki, 6 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbinin 100 illik yubiley tədbiri keçirilib. Şəki Dövlət Dram Teatrında reallaşan tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, məktəbin məzunları, təhsil işçiləri, ictimaiyyətin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə qonaqlar məktəbin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Yubiley tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Məktəbin direktoru Ədalət Sədiyeva çıxış edərək təhsil ocağının yaranma tarixi, keçdiyi yol və qazandığı uğurlar barədə danışıb.

Sonra məktəbin tarixini və keçdiyi yolu əks etdirən videoçarx nümayiş etdirilib.

‎Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov məktəb kollektivini 100 illik yubiley münasibətilə təbrik edib, kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.

‎Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova çıxışında təhsilin Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri olduğunu, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına böyük diqqət yetirildiyini vurğulayıb, hazırda Prezident İlham Əliyevin bu ənənəyə sadiq qalaraq təhsil islahatlarını uğurla davam etdirdiyini diqqətə çatdırıb. Məktəbin tədris nailiyyətlərinin son illər daha da artdığını qeyd edən idarə müdiri kollektivə bundan sonrakı fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

‎Milli Məclisin deputatı Vüqar İsgəndərov çıxışında təhsil sahəsində aparılan islahatlardan bəhs edib, dövlətimizin başçısının təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğının nəticə etibarilə bu sahənin sürətli inkişafı, maddi-texniki bazasının daha da möhkəmlənməsi ilə nəticələndiyini bildirib.

‎Yubiley tədbiri şagird və müəllimlərin ifasında maraqlı konsert proqramı, ədəbi-bədii kompozisiyalarla davam edib.

Sonda gənc nəslin təlim-tərbiyəsi sahəsində uzun illər səmərəli pedaqoji fəaliyyətinə görə bir qrup müəllimə, həmçinin təhsildə fərqlənən şagirdlərə Şəki Şəhər İcra Hakimiyyətinin və Regional Təhsil İdarəsinin fəxri fərman və hədiyyələri təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Sentyabr 2025 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri