Icma.az
close
up
RU
“Şəki yaylası” faciəsindən sonra inanılmaz olay KONKRET

“Şəki yaylası” faciəsindən sonra inanılmaz olay KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yalnız insanı deyil, insalığı da hədəf alan qatillər

8 sentyabr 2026-cı il tarixində “Şəki yaylası” istirahət mərkəzində 27 yaşlı oğlum Ucal Bayramov və 30 yaşlı dostu Coşqun Məmmədov həyatlarını itirdilər.

“Şəki yaylası” deyilən bu “ölüm maşını” özündə çox-çox sirlər gizlədir. Bu sirlər Azərbaycan toplumuna bəlli olduqca, onlar da bu “ölüm maşını”nın necə işlədiyinin şahidi olacaqlar, inşallah. Çünki insan deyilən varlıqda mərhəmət və şəfqət, sevgi və can yanğısı, ləyaqət və urvat… olur. Sərvət, var-dövlət bu duyğuları öldürdükcə insanda harınlıq və tiranlıq baş qaldırır. Və bu tiranlıq hər dəfə toplumdan qurbanlıqlar qoparır. Bu dəfə bu tiranlığın qurbanları Azərbaycanımızın iki gənc övladı oldu. Növbəti qurbanlar kim olacaq? Bu növbədə hər birimiz varıq.

Bu “ölüm maşını” ilə bağlı hadisə şahidlərindən birinin çiliklənmiş və dumanlı yaddaşında ilişib qalan hadisəni dəyərli xalqımızın mühakimə kürsüsünə çıxarmaq istədim.

Evliliyinin bir illiyini öz dostu ilə təntənəli şəkildə qeyd etmək, gənc ömürlərinin xoşbəxt səhifələrinə doyunca sevimli, unudulmaz anlar yazmaq, sonra bu anları gələcək xatirələrində sevə-sevə yaşamaq üçün “Şəki yaylası”na gedən oğlum Ucal, bu susdurulmayan “ölüm maşını”na tuş gəldi. Bu qətl hər iki gəncin doğmalarının, əzizlərinin, dostlarının sinələrinə çalın-çarpaz dağ çəkdi. Mən də ürəklərə dağ çəkən qatilləri qanunun, ədalətin, haqqın dağlayacağı inamı ilə yaşayan o ümidli insanların sırasına qoşuldum. Mən ümidimin arxasında dayanmaq üçün Dövlətimin Haqq Divanına səslənirəm. Sevgisini daim bağrımın başında gəzdirdiyim Ey Ulu DÖVLƏTİM, bizi tiranlardan xilas elə!

Bir şahidin hıçqırtıları

Faciə ilə nəticələnən o məşum hadisəni özündən xəbərsiz, yalnız gələcəyinin əziz xatirəsinə çevirmək ümidi ilə telefonunun kamerasına köçürən, bu dəhşəti lentə alan şahidlərdən birinin yaddaşına vaxtaşırı dumanlı bir səhnə gəlib gedir. O, zehninin bütün gücünü toparlasa da, həmin dumanlı səhnənin kadrlarını sonacan aydınlaşdıra bilmir. Çünki o həmin anda affekt vəziyyətində, şok halında idi. Həmin anda onun zehni donmuşdu, reallıq onun şüurunda sönmüşdü. Dərdindən qopan nalələr dağların qoynunda əks-səda verib “tanrı” deyə şivən qoparır, iniltisi göylərə fəryad yağışı çiləyirdi. “Haray” deyə tanrıdan imdad diləyirdi. Fəqət yan-yörəsində hayına-harayına çatacaq bir bəndə gözə dəymirdi. Ancaq onun çiliklənmiş yaddaşı bəzən bu dumanlı səhnələr içərisindən bir nəfərin ona yaxınlaşdığını xatırlayır.

– Ha çalışıram, yaddaşıma xəyal kimi gəlib gedir. Dərd içində çırpındığım o anlarda bir nəfər mənə yaxınlaşdı. O, özünü hüquq-mühafizə orqanının işçisi kimi təqdim edərək məndən “Telefonuna nəsə çəkmisənmi”- deyə soruşdu. Dərdin ağırlığından əyilmiş başımı qaldırıb bu sualı verəni daha aydın görmək istədim. Lakin bu yük altında əzilən başımı qaldırmağa heyim yox idi. Yalnız “hə, çəkmişəm” mənasında başımı zorla tərpədə bildim. “Onda telefonunu ver baxım” dedi. Həmin anda keyləşmiş zehnim məni idarə edə bilmirdi. Düşüncələrim, ağlım, huşum məni tərk etmişdi. Göz yaşları içində boğula-boğula var gücümü toplamağa çalışdım, titrəyən əllərimlə telefonu ona uzatdım. Hər dəfə bu barədə düşünəndə həmin səhnənin kadrları zehnimin dumanları içində gah batır, gah da üzə çıxır, ancaq heç vaxt sonacan aydınlaşmır. Çünki mən nə baş verdiyini anlamaq istəyirəm, anlamaq istəyirəm ki, mənim göz yaşlarımın torpağı da oda qaladığı həmin anda varlığı ilan kimi soyuq, yırtıcı qədər kəmfürsət olan bu məxluq kim idi və qəfil haradan peyda olmuşdu?

Nişanlımın dəfnindən sonra “Şəki yaylası”nda faciə baş verənə qədər telefonuma çəkdiyim xoşbəxt anlarıma dönmək, o sevimli anlarıma dərdimlə bir yerdə ağlamaq istədim. Bilmirəm, bu bəlkə həm də nədəsə təskinlik tapmaq axtarışım idi. Hələ də aydınlaşmamış zehnimdə sonacan ayırd edə bilmədiyim bir istəklə telefonumu açdım. Ancaq kaş açmazdım. Həyatımın bu ağır anında növbəti şoku yaşadım. Kanatın qırıldığı və faciənin anlarını özündə yaşada biləcək kadrlarla birgə telefonumun yaddaşından həmin gün çəkdiyim bütün kadrlarlar silinmişdi. Özü də yalnız mənim telefonumdan deyil, göndərdiyim bütün ünvanlardan silinmişdi. Telefonumun yaddaşının beləcə sürətlə təmizlənməsini anlamaq üçün təkrar-təkrar baş verənləri çiliklənmiş huşumda az da olsa, bərpa etmək istəyirəm. Ancaq taleyim kimi indi huşum da da mənə xəyanət edir, heç nəyi geri qaytarmır.

İnsanı qətlə yetirməklə yetinməyərək, insanlığı da qətlə yetirən bu məxluqlar kimlərdi? Düşmənmi? Düşməndirsə, onun adı nədir? Bəlkə harınlıq? Bəlkə sərvət, dövlət? Bəlkə cəzasız qalacağına əminlik? Bəlkə pulun şərəf və ləyaqət duyğusunu gəmirdiyi, parçaladığı reallıq? İlahi, bu qədər qansızlıq, zalımlıq, qana yerikləmə kimdən doğuldu? Bunların dünyaya gətirən hansı mənəviyyatı şikəst, ləyaqəti naqis valideynlərdi? Gəlin, birgə axtaraq, bu qədər vəhşəti doğub törəyən səbəbləri.

Ucal Bayramovun atası,

Azərbaycan Universitetinin müəllimi Asif Bayramov
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Sentyabr 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri