Şəkidə avtomobilin aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şəkidə yol qəzasına düşənlərin şəxsiyyətləri məlum olub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yaralananlar "Nissan" markalı avtomobilin sürücüsü 58 yaşlı Zaqatala rayon sakini Ramiz Hacıyev, sərnişin isə Zaqatala rayon sakini 27 yaşlı Aydan Mahamatebinovadır.
***
18:56
Şəkidə minik avtomobili aşıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Şəki-Qax avtomobil yolunda, Şəki rayonu İnçə kəndi ərazisində baş verib. İlkin məlumata görə, hərəkətdə olan “Nissan” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 06 Fevral 2025 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















