Qubada avtomobilin dərəyə aşması nəticəsində ölən və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Quba rayonunun Üçgün kəndi ərazisində "Lexus" markalı avtomobilin dərəyə aşması nəticəsində ölən və yaralananların kimliyi məlum olub.
APA xəbər verir ki, qəza nəticəsində 1979-cu il təvəllüdlü, Xaçmaz rayon sakini Orucov Şamil Zehyəddin oğlu ölüb.
1985-ci il təvəllüdlü Faiq Orucov, 1978-ci il təvəllüdlü Ratiq Dəmirov və 1977-ci il təvəllüdlü Ceyhun Abdullayev xəsarət alıblar.
Onlar Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib, hazırda tibbi yardım göstərilir.
Qəza nəticəsində dünyasını dəyişən Şamil Orucov Xaçmazda yerləşən "Mal bazarı" kimi tanınan bazarın sahibidir.
Faktla bağlı araşdırma aparılır.
Quba rayonunun Üçgün kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosu xəbər verir ki, "Lexus" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Nəticədə bir nəfər ölüb, iki nəfər ağır xəsarətlər alıb.
Hazırda fakt araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 15 Dekabr 2024 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















