Icma.az
close
up
RU
Şəkidə Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olundu FOTO

Şəkidə Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olundu FOTO

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyası, Mahmud Kaşqari adına Beynəlxalq Fond, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, ADPU-nun Şəki filialı, İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) və Bəxtiyar Vahabzadənin ev-muzeyinin birgə təşkilatçılığı ilə VII Beynəlxalq "Bəxtiyar Vahabzadə - Türk dünyası dil, tarix, vətənpərvərlik və ədəbiyyat (Bəxtiyar Vahabzadə: Vətənpərvərlik və millilik)" mövzusunda bir həftə davam edən konfrans öz işini başa çatdırıb.

Mahmud Kaşqari adına Beynəlxalq Fonddan Modern.az-a bildirilib ki, tədbir Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunub.

Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan konfransda Azərbaycan və Türkiyənin çoxsaylı ali təhsil müəssisələri, elmi-tədqiqat institutlarının tədqiqatçı alimləri iştirak ediblər.

Şəki şəhərində öz işinə başlayan konfrans Ümummilli Lider Heydər Əliyevin, Xalq şairi Bəxtiyar Vahabzadənin, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himni səsləndirildikdən sonra konfransı giriş sözü ilə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova açaraq Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığının çoxşaxəli cəhətlərindən danışıb, onun irsinə ölkə rəhbərliyi tərəfindən yüksək qiymət verildiyini vurğulayıb. Xüsusilə, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin Bəxtiyar Vahabzadənin irsinə göstərdiyi diqqətdən bəhs edən prorektor şairin milli düşüncə, ana dili və vətənpərvərlik ideyalarının müasir gənclərin tərbiyəsindəki rolunu xüsusi qeyd edib. Mahirə Hüseynova konfransın təşkilində göstərdiyi ev sahibliyinə, böyük xidmətlərinə görə Milli Məclisin deputatı Kaşqari Fondunun prezidenti Cavanşir Feyziyevə bütün konfrans iştirakçıları adından xüsusi minnətdarlığını bildirib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısının müavini Xəyalə Töhrablı çıxışında Bəxtiyar Vahabzadənin yubileyinin Şəkidə qeyd olunmasının xüsusilə əhəmiyyətli olduğunu bildirib. O, bu cür mötəbər elmi-mədəni tədbirə ev sahibliyi etməyin Şəki üçün həm məsuliyyət, həm də qürur mənbəyi olduğunu vurğulayıb, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Milli Məclisin deputatı, Kaşqari Fondunun Prezidenti Cavanşir Feyziyev bildirib ki, Bəxtiyar Vahabzadə, onun arzuları, diləkləri, bütün ideyaları təkcə Şəkiyə, öz doğulduğu şəhərə yox, bütün Azərbaycana, Türk dünyasına məxsusdur. “Bu gün ona görə biz xoşbəxtik ki, Bəxtiyar Vahabzadənin ömrü boyu arzuladığı bütün ideyalar artıq həyata keçib. Azərbaycan öz müstəqilliyini əldə edib, türk dövlətləri Türk dünyası miqyasında inteqrasiya prosesinə başlayıb və çox böyük uğurlar əldə olunub. Bütün bunlar Bəxtiyar Vahabzadənin ən əziz ideyalarından, arzularından, diləklərindən idi və onların hamısı bu gün həyata keçib. Daha bir qismi də Türk dünyasının inteqrasiyası prosesində uğurla həyata keçməkdədir”, - deyə Cavanşir Feyziyev əlavə edib.

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov çıxışında görkəmli şairin ziyalı mövqeyini, təhsilə və milli irsə verdiyi dəyəri xüsusi vurğulayıb, MDU-nun belə konfransda təşkilatçı kimi iştirakının universitet üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O, konfransın Türk dünyasının elmi-mədəni inteqrasiyasına töhfə verdiyini və Bəxtiyar Vahabzadənin zəngin irsinin yeni tədqiqat aspektlərinin öyrənilməsinə xidmət etdiyini qeyd edib.

Daha sonra çıxış edən ADPU-nun Şəki filialının direktoru Vurğun Məmmədov, dosent Gülarə Abdullayeva, ADPU-nun Quba filialının direktoru, professor Yusif Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, dosent Aygün Bağırlı, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsinin müdiri, dosent Xədicə Heydərova, Yasamal MKS Mirzə Şəfi Vazeh adına Kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova, Türkiyədən ədəbiyyatşünas alimlər Süheyla Karaca Hanönü, Selvigül Şahin və digər qurumların nümayəndələrinin çıxışlarında Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı dilə və ədəbiyyata bağlılığı müxtəlif aspektlərdən təqdim olunub.

Açılış mərasimi iştirakçıların və tələbələrin təqdimatında hazırlanmış bədii hissə ilə davam edib, sonda xatirə şəkilləri çəkdirilib. Tədbir iştirakçıları Bəxtiyar Vahabzadənin ev-muzeyini ziyarət ediblər.

VII Beynəlxalq elmi konfrans bir həftə ərzində bölmə iclasları ilə öz işini davam etdirib. Bölmələr üzrə təqdim olunan məruzələrdə Bəxtiyar Vahabzadənin yaradıcılığı, dilçilik, ədəbiyyat, pedaqogika, fəlsəfə, tarixi kontekstlərdə araşdırmaları, milli kimlik və vətənpərvərlik məsələlərinin təhlili geniş müzakirə olunub. Konfransda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Rumıniya, İtaliya da daxil olmaqla 11 ölkədən 200-dən çox tədqiqatçı iştirak edib, ümumilikdə 150-dən artıq elmi məruzə konfrans çərçivəsində müzakirə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 İyun 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see283

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see185

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see166

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see154

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see151

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see145

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see144

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see139

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see139

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see138

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see138

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see137

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see136

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see133

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see131

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see130

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri