Şəkidə “Milli mənəvi dəyərlərimiz” adlı sərgi təşkil olunub
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şəki, 14 mart, AZƏRTAC
Şəki şəhər Heydər Əliyev Mərkəzində Novruz bayramı münasibətilə “Milli-mənəvi dəyərlərimiz” adlı sərgi təşkil olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Sərgidə milli mədəniyyətimizi əks etdirən müxtəlif sənət nümunələri nümayiş olunur. Ekspozisiyada Şəki ipək sənətinin incisi hesab edilən, Azərbaycan qadınının ənənəvi baş örtüyü olan ipək kəlağayılar, araxçın, daqqa, qədim qadın və kişi geyimləri, mis qablar, dulusçuluq nümunələri, milli musiqi alətləri, tikmə və xalça məmulatları, eləcə də şəbəkə sənətinə aid nümunələr yer alıb.
Sərgidə, həmçinin şəkili rəssam Mənsur Əzizlinin hazırladığı Şəkinin milli mətbəxini əks etdirən yeməklər və şirniyyat maketləri, rəsm əsərləri nümayiş etdirilir. Sərgini ziyarət edənlər Şəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 nömrəli kitabxana filialı tərəfindən hazırlanmış guşədə Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablarla da tanış ola bilərlər.
Sərgi martın sonunadək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 14 Mart 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















