Icma.az
close
up
RU
Şəkidə yüz illərdir davam etdirilən maraqlı Novruz ADƏTLƏRİ FOTO

Şəkidə yüz illərdir davam etdirilən maraqlı Novruz ADƏTLƏRİ FOTO

Icma.az bildirir, Bizim media portalına istinadən.

Şəkidə bayram tətili el adətləri ilə davam edir. 
Şəkidə xalqımızın qədim bayramlarından olan Novruz şənlikləri, qədim adət-ənənlərə söykənən milli oyun və tamaşalar davam edir. Bu il bayram Ramazan ayına təsadüf etdiyindən iftar süfrəsi də açılıb.  
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəkililər və bayram tətilinə gələn qonaqlar bu qədim el bayramını böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qeyd edir. 
Bir tərəfdə xalq sənətini yaşadan pəhləvanlar digər meydanda isə kəndirbazlar.

Bu və digər milli və xalq oyunlarını yaşadan sənətkarlar gün boyu müxtəlif proqramlarla çıxış edir, insanları əyləndirir. 
Bayram günləri havanın yağıntılı və soyuq olması kəndirbaz və pəhləvanların işini xeyli çətinləşdirsə də, proqramlar təxirə salınmayıb. Təşkilatçılar isə məhəllə sakinləridir. Gəncəli məhəlləsinin sakini Mircavad Abbasov söyləyir ki, Yuxarı Baş ərazisindəki Gəncəli məhəlləsində hələ sovetlər dövründə bu bayram bütün qadağalara rəğmən böyük çoşqu və ehtiramla qeyd olunub.

“O dövrdən bu günə kimi ənənələr davam etdirilir” deyən məhəllə sakini əlavə edir ki, bayrama həftələr qala məhəllə sakinləri bir araya gələrək proqram tərtib edir, görüləcək işləri planlayırlar. 
Bayram tədbirlərinə, konsert proqramlarına ən çox maraq göstərən isə əlbəttə azyaşlı və balacalardır.
Havanın yağmurlu və soyuq olmasına baxmayaraq pəhləvan və kəndirbazları izləyənlər sırasında azyaşlılar da az deyil.  

Mircavad Abbasov onu da diqqətə çatdırır ki, həmişəki kimi məhəllə sakinlərinin maddi dəstəyi ilə Novruz çadırı qurulub.  Belə ki, tədbirə gələnlər xüsusən yerli və xarici qonaqlar çay süfrəsinə dəvət olunur. Bu ilki Novruz şənlikləri müqəddəs və mübarək Ramazan günlərinə təsadüf etdiyindən axşam məhəllə sakinlərinə və qonaqlara iftar verilməsi üçün bütün hazırlıqlar görülüb. 
Proqrama uyğun olaraq iftar süfrəsindən sonra məhəllənin mərkəzində Novruz tonqalı alovlandırılıb, tədbir konsert proqramı ilə davam edib. 

El şənliyini yüzlərlə yerli və xarici qonaq izləyib.  





Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Mart 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see9870

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see571

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see266

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see238

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see233

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see199

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see158

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see142

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see140

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see139

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see134

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see132

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see129

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see128

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see126

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see124

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see124

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see122

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see119

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri