Icma.az
close
up
RU
Şəkidəki faciə ilə bağlı AÇIQLAMA: Tros səbəbsiz qırılmır

Şəkidəki faciə ilə bağlı AÇIQLAMA: Tros səbəbsiz qırılmır

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Şəkidə kanatın trosunun qırılması nəticəsində iki nəfərin ölməsi ölkədə ciddi narazılıq yaradıb. İnsanlar haqlı olaraq belə qurğuların nə dərəcədə təhlükəsiz olduğunu və ümumiyyətlə, yoxlanılıb-yoxlanılmadığını soruşurlar. Bəs kanatın trosu qəfil qırıla bilərmi?

“Yeni Sabah”a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev faciəyə səbəb olan problemin detallarını açıqlayıb:

“Turizm və istirahət mərkəzlərində istifadə olunan kanat, ziplayn və digər ekstremal əyləncə qurğuları birbaşa insan həyatı və təhlükəsizliyi ilə bağlı olduğundan ciddi texniki nəzarət tələb edən qurğulardır. Ölkəmizdə qüvvədə olan normativ qaydalara əsasən, sərnişin daşıyan bu sistemlər təhlükə potensiallı obyekt statusuna malikdir və mütləq dövlət reyestrində qeydiyyata alınmalıdır. Bu o deməkdir ki, həmin qurğuların istismarı sahibkarın şəxsi istəyindən asılı deyil və dövlət tərəfindən müəyyən edilmiş konkret texniki reqlamentlərə tabe edilir. pizza mizza

Həmin qaydalara görə, insan daşıyan polad trosların möhkəmlik ehtiyatı faktiki düşən canlı yükdən ən azı 3-4 dəfə artıq yükə hesablanmalıdır. Nəzərə almaq lazımdır ki, polad tros adi bir məftil deyil, xüsusi hörülmüş və yüksək davamlı materialdır. Belə troslar, bir qayda olaraq, qəfil və bir neçə saniyənin içində səbəbsiz yerə qırılmır. Polad tros qırılmazdan xeyli əvvəl müəyyən siqnallar verir: tellər ayrıla, korroziya yarana, trosda deformasiyalar və əyilmələr baş verə bilər”.

Ekspert qeyd edib ki, trosda cüzi aşınma belə onun istifadədən çıxarılması üçün əsasdır:

“Qaydalarda da açıq şəkildə göstərilir ki, trosun diametri sürtünmə və ya paslanma nəticəsində 7 faiz azalıbsa, yaxud daxili metal kəsiyinin 10 faizi zədələnibsə, tros üzərindən bütöv və yeni görünsə belə, dərhal yararsız hesab edilməli və istismardan çıxarılmalıdır. Həmçinin kəskin hava şəraitinin təsirindən və ya ildırım vurmasından sonra tros xüsusi diaqnostik cihazlarla yoxlanılmalıdır. Belə hallarda qurğu yoxlama aparılmadan dərhal istismara buraxılmamalıdır.

Dünya təcrübəsində bu cür troslarla bağlı əsas prinsiplərdən biri də insan daşınan sistemlərdə təhlükəsizliyin yalnız bir trosdan asılı olmamasıdır. Mütləq paralel işləyən ikinci, ehtiyat xəttin olması tövsiyə olunur ki, əsas trosda hər hansı qırılma baş verdikdə istifadəçinin həyatı təhlükə ilə üz-üzə qalmasın”.

O, təhlükəsizlikdə personalın hazırlığının da mühüm rol oynadığını deyib:

“Təhlükəsizliyin təmin edilməsində digər vacib amil isə personalın peşəkarlığı və hazırlığıdır. Qanunvericilik bu qurğularda çalışan bələdçilərin, təlimatçıların və nəzarətçilərin xüsusi komissiya qarşısında bilik yoxlanışından, yəni attestasiyadan keçmiş şəxslər olmasını tələb edir. Təlimatçının vəzifəsi yalnız sərnişinə təhlükəsizlik kəməri taxmaqdan ibarət deyil. O, vətəndaşa texniki qaydaları izah etməli, çəki limitini dəqiq nəzərə almalı və ən əsası, qurğuda, kəmərdə və ya trosda ən kiçik nasazlıq aşkar etdikdə prosesi dərhal dayandırmalıdır.

Göründüyü kimi, normativ sənədlərdə hər bir detal – hər səhər keçirilməli olan gündəlik vizual baxışlar, test yükləri və sınaqlar, işçilərin hazırlığı, eləcə də dövlət orqanları tərəfindən aparılan ilkin və dövri müayinələr birmənalı şəkildə təsbit olunub. Burada əsas məsuliyyət xidmət göstərən sahibkarlıq subyektinin daxili nəzarət mexanizminin üzərinə düşür.

Hər bir istirahət mərkəzi anlamalıdır ki, təhlükəsizlik qaydaları formal sənəd deyil. Bu qaydaların arxasında birbaşa insan həyatı dayanır və müəyyən edilmiş standartlara hər zaman ciddi şəkildə əməl olunmalıdır”.

Əsmətxanım Rzazadə 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 09 Sentyabr 2026 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri