Icma.az
close
up
RU
“Sem dayı”nın “səxavəti”... Əli Cabbarov yazır

“Sem dayı”nın “səxavəti”... Əli Cabbarov yazır

Icma.az, Mia.az saytına istinadən bildirir.

Əli  Cabbarov,

Naxçıvan Dövlət  Universitetinin dosenti

***

Dünya tarixinin son yüzilliklərdəki səhifələrinə baxanda imperialist Qərbin müstəmləkə yolu ilə sümürdüyü sərvətlər hesabına necə varlandığını və daha sonra da törətdikləri müharibələr yolu ilə satdıqları silahlardan gələn milyardları ört-basdır edə bilmək üçün bu müharibələrdən zəif düşmüş xalqlara dırnaqarası yardımlar üçün müxtəlif uydurma layihələr irəli sürdüklərini görə bilirik.

“Sem dayı”nın, yəni ABŞ hökumətinin və ya onun quyruğundakı USAID kimi müxtəlif qeyri-hökumət təşkilatı tipindəki qurumların da bu layihələrdəki missiyaları isə qətiyyən hədəf ölkələrin çiçəklənib güclənməsi deyil, öz ölkəsinin maraqlarına uyğun olaraq onları daha da asılı vəziyyətə gətirməkdir. Hər halda Amerikanın, buradakı dərin dövlətin maraqları ilə vaxtaşırı maraqlanan hər kəs bunları daha yaxşı bilir.

1961-ci ildə prezident Con Kennedi dövründə təsis olunmuş və hazırda 50 milyard dollara çatan büdcəsi ilə 100-ə yaxın ölkədə fəaliyyət göstərən USAID, yəni ABŞ Beynəlxalq İnkişaf Agentliyi bu ölkənin xarici siyasətinin bir aləti kimi Afrika, Asiya, Latın Amerikası, Yaxın Şərq və Şərqi Avropa ölkələrini özünə hədəf seçmişdir. Göründüyü kimi, burada, əsasən, zəif və inkişaf etməkdə olan regionların ölkələri vardır ki, bunlar da elə əvvəlcədən, hələ yardımlardan qabaq Amerikanın kapitalist hədəfində olub, qaynar xəbərlərdə izlədiyimiz qanlı hadisələrlə ön səhifəyə çıxırlar. Başqa sözlə, guya dünyadakı fəlakətlərin nəticələrinin aradan qaldırılmasına köməklik göstərmək, yoxsulluğa qarşı mübarizə, ətraf mühit üzrə texniki əməkdaşlıq kimi qlobal məsələlərə dəstək, sosial-iqtisadi inkişaf missiyalı bu təşkilat əslində, ABŞ-nin ikitərəfli maraqlarının qorunmasına xidmət etməklə bunu açıqca da öz səhifəsində bəyan etməkdədir. Hər halda pafosla səslənən ümumi “sosial-iqtisadi inkişaf”dan başqa USAID-in digər konkret məqsədlərinin dərininə getsək, bunları, yəni başqa dövlətlərdəki yoxsulluğu, qlobal ekoloji problemlərin əsl səbəbkarlarından birinin də elə “Sem dayı”nın özü olduğunu da görə bilərik. Amerikanın özündə də etiraf olunduğu kimi, 1960-1970-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsi agentlərinin xaricdə gizli fəaliyyətinə dəstək vermiş USAID-ə indi başqa ad vermək də çətindir.

Pulyuma əməliyyatlarında iştirakında şübhəli olduğuna görə artıq ABŞ-dəki yeni administrasiyanın və onun yaxında Marsa köçməyə hazırlaşan yüz milyardlıq bankomatı İlon Maskın da qara siyahısına düşmüş və bir çox ölkədə fəaliyyəti dayandırılmış USAID-in Azərbaycanda da arzuedilməz elan olunması bu təşkilatın ölkəmizə qarşı tutduğu ikili mövqedən və ümumilikdə, dünyadakı mənfi imicindən irəli gəlir. Yaxın keçmişə baxdıqda, bu qurumun 30 il müddətində torpaqlarımızı işğalda saxlamış və bir milyondan çox azərbaycanlını etnik təmizləməyə məruz qoymuş Ermənistanı və Qarabağda yuvalanmış cinayətkar separatçıları açıqca dəstəkləyib onlara dəfələrlə maliyyə yardımları ayırmasına, həmin qurum rəhbərinin vaxtikən Rusiya dəstəkli oliqarx olmuş və bu ölkədə paltaryuyan maşınlar kimi populyar olan pulyuma əməliyyatlarında adı hallanan Ruben Vardanyanla sıx əməkdaşlığına, ölkəmizin tam suverenliyinə qovuşandan sonra Azərbaycana münasibətdə kəskin ritorika nümayiş etdirməsinə, dövlətimizə qarşı kampaniya aparıb ermənilərin müdafiəsinə qalxmasına, COP29 sammiti ərəfəsində insan hüquqları məsələlərini bəhanə gətirərək ölkəmizə qarşı təzyiqlər göstərməsinə nə dövlətimiz, nə də xalqımız heç bir əsasla tolerantlıq göstərə bilməzdi.

Hər fürsətdə müstəqil xarici siyasət yürüdən dövlətləri hədəfə alan, yalnız Amerikanın genişlənmə siyasətinə xidmət edən belə yardım təşkilatlarının ayrı-ayrı ölkələrdə, əsasən, kənd təsərrüfatı, ticarət, səhiyyə və humanitar məqsədlər üçün yardımlar ayırdığı iddia olunsa da, USAID-in yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə fəal şəkildə müdaxilə etməyə, sosial-siyasi qeyri-sabitlik, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışdığını qonşu ölkələrin timsalında görə bilirik. Ukraynada “narıncı”, Gürcüstanda “məxməri”, Qırğızıstanda isə “zanbaq” inqilablarının ssenarilərində USAID-in “rolu”nu bu gün həmin ölkələrin xoş olmayan vəziyyəti bir daha sübut edir. Kağız üzərindəki missiyasında guya insanlara yardım göstərən USAID dünyada 707 media qurumunu, 6200 jurnalisti və 279 jurnalistika sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatını maliyyələşdirməklə belə təxribatçı fəaliyyəti ilə Azərbaycan da daxil olmaqla bir çox dövlətləri narahat etməyə bilməzdi. Dövlət başçımız Prezident cənab İlham Əliyevin də çıxışlarında dəfələrlə bu məsələnin ciddiliyini vurğulayaraq qeyd etdiyi kimi, xarici qrantlarla qidalanan bəzi media və QHT təmsilçiləri şəxsi maraqlarına xidmət etməklə, əslində, onların da dəyirmanına su tökür, ölkəmizə, gəncliyimizə ciddi zərər verirlər.

Lakin təkcə bunlar deyil, dünya miqyasında da USAID-in əməlləri haqqındakı xəbərləri oxuduqda Azərbaycanın bu təşkilata gediş yolunu göstərməsində tamamilə haqlı olduğunu görürük. Belə ki, kasıb ölkələrin əhalisinə geyilmiş köhnə paltarları, istifadə müddəti bitməsinə az qalmış konservləri səxavətlə paylayan USAID tərəfindən göstərilən bəzi maliyyə yardımlarının isə yayılan xəbərlərə görə, son nəticədə, Əfqanıstanda narkotik istehsalını artırmaq üçün istifadə olunması, xeyli həcmdə pulun terror təşkilatı “Əl-Qaidə”yə yönləndirilməsi, Kolumbiyada, Peruda, İrlandiyada, Qvatemalada, makronsayağı həyat tərzinin təbliğinə birbaşa olaraq yönəlmiş milyonlarla vəsaitin xərclənməsi, Serbiya cəmiyyətində araqarışdırmağa xidmət edən layihələrə pullar ayrılması bu təşkilatın, onun rəhbərliyinin iç üzünü ortaya qoyur. Gec, ya da tez, iç üzü bu gün ortaya çıxmış belə bir təşkitlarla işləmək isə region lideri Azərbaycana heç dünəndən lazım deyil.

Azərbaycan xalqı yardımsevər, eyni zamanda çətin anlarda ona göstərilən vacib yardımları da daim qiymətləndirən dövlətə malikdir. Xalqımız ölkəmizə xoş niyyətlə ayaq basan hər bir kəsə qapını açıq saxlamış və bu gün də Azərbaycanda əsl biznes və ya xeyriyyəçiliklə məşğul olanlar bunu açıqca görürlər. Lakin bununla yanaşı, dırnaqarası yardım adı altında altdan-altdan ölkəmizə qarşı kirli işlər çevirib, öz çirkin məqsədlərinə çatmaq istəyən USAID kimi qurumlara və onları dəstəkləyən ölkələrə də lazım gələndə hər an çıxış qapısını göstərəcək güclü dövlətimizin və onun qətiyyətli liderinin deyəcək sözü vardır:

“Goodbye Uncle Sam!”

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://mia.az
archiveBu xəbər 11 Fevral 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri