Icma.az
close
up
RU
Üç pərdəli tragikomediya Əli Cabbarov yazır

Üç pərdəli tragikomediya Əli Cabbarov yazır

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Əli  Cabbarov,

Naxçıvan Dövlət  Universitetinin dosenti

***

II Dünya müharibəsindən sonra qurulmuş dünya düzəninin çoxdan pozulduğu, etik və beynəlxalq hüquq qanunlarının işləmədiyi hazırki qlobal siyasət dövründə Rusiya-Ukrayna arasındakı 3 ili tamam olan hazırkı savaşı buradakı baş rolların ifaçıları, pərdəarxası suflyorların maraqları və qanı tökülən insanların faciələri baxımından tam bir “Üç pərdəli tragikomediya” adlandırmaq mümkündür.

70 illik oraq-çəkic dövründə beynimizi yormuş “xalqlar dostluğu” şüarının əksinə olaraq tarixi düşmənçilikləri bəlkə də IX əsr Kiyev rus dövləti dövründən başlanan bu iki slavyan köklü xalqın son faciəsinə komedya janrında quruluş verib dünyanın da tamaşasına çıxaranlar üçün bu müharibə artıq iki maklerin ucuz faiz davasına bənzəməkdədir.  

         Hələ soyuq müharibənin yenicə bitdiyi və təkqütblü dünyada kimin hakim olacağı düşünlüdüyü zaman 90-cı illərdə Hantinqton tərəfindən irəli sürülmüş “sivilizasiyaların çöküşü” nəzəriyyəsində yeni dünyadakı münaqişələrin proqnozu verildiyində kimsə mədəniyyətlərin identifikasiyasını ayıran bəzi rənglərin 30 il sonra necə qarışacağını düşünə blmirdi. Avropanın ABŞ-dan hərbi, Rusiyadan isə enerji asılılığına son qoyması, keçmiş SSRİ respublikalarının Rusiyanın geosiyasi və hərbi təsirindən xilas olması, neft və qazla zəngin ərəb dünyasının hələ də bir araya gələ bilməyərək təsir altında qalması fonunda tam əksinə Türkiyə və Azərbaycan öndərliyində Türk dünyasının yeni bir güc qazanıb ayrı bir dünya gücünə çevrilməsini açıqca görməkdəyik. Soyuq müharibə illərində Vyetnam, Koreya, İran-İraq müharibəsi və Əfqanıstan üzərində bir-birlərinə güc sınayıb, bundan sonra İraqın işğalı, Suriyanın 14 illik vətəndaş müharibəsi və Qafqazdakı münaqişələr ilə bunu davam etdirən axmaq ayı ilə çoxbilmiş köstəbək oynadıqları son oyun ilə bu dəfə birisi Ukrayna torpaqlarının üstünə, digəri isə torpaq altındakı sərvətələrə açıqca göz dikməkdədir. Soros və USAID pullarından bəhrələnib küçəyə tökülərək milli dövlətçiliyinə qarşı ayaqlanan xalqların xaosunu fürsət bilən London əsilli ssenaristlərın hazırladığı, baş rollarını isə Putin və Zelenskinin oynadıgı bu tragikomediyada hər iki tərəfdən toplamda 2 milyona yaxın insan itikisi və yüz milyardlarla ifadə olunana maddi zərərlər vardır. Müharibə ucbatından Ukraynadan köçkün düşən, Rusiyadan isə rejim təzyiqindən qaçan insanların sonrakı taleyini, bir zamanların turizm cənnəti olmuş Krımın vəziyyətini, iki ölkə arasında mövcud olmuş sıx əlaqələrin qırılması və ən mühümü isə iki slavyan xalq arasında əkilmiş düşmənçilik toxumlarının meyvələri nəticəsində dəyəcək zərərləri isə zaman göstərəcək.

Hazırda Ukrayna üzərindən Rusiyanı qış yuxusuna tumarlayıb əvəzinə Qrenlandiya və Kanada nəzarətindəki Şimal qütbünə çıxışı nəzarətə götürmək istəyən Trampın yeni biznes planları bu tragikomediyanın ən gülməli səhnələrindən biridir. Buna rəğmən, Amerikadakı dərin dövlətin və strateji müttəfiqi Britaniyanın cızdığı qırmızı xətləri qətiyyən tapdalaya bilməyərək Rusiyaya heç zaman tam güzəş etməyəcəyini də yaxşı bilən respublikaçı lider Avropanı, xüsusən Makronu da qorxutmağı qarşısına qoymaqla sanki bir az ciddi aktyor olaraq sələfi qoca Baydenin komik personaj tipindən uzaq durmağa çalışır. Görünən odur ki, Çinə qarşı qlobal savaşı uduzduğunu hiss edən və Rusiya-Çin yaxınlaşmasından ciddi narahat olan Ağ Evin yeni sahibinin Putinlə son söhbətinin kulislərdə  pıçı-pıçı dolaşan stenoqramları doğru imiş. Sən demə, bu ikili arasındakı telefon söhbətinin pərdə arxasında nə Ukraynada, nə də Rusiyada öldürülən insanlar deyil, bir an öncə müharibəni hansı yolla olursa olsun bitirib, yüksələn dünya nəhəngi Çinə qarşı ittifaq qurmaq və hətta kim bilir yaxın gələcəkdə dəbdəbəli ərəb kurortlarının birində birgə istirahət etmək planları da müzakirə olunub. Nədən olmasın?!

         Lakin 2017-2021-ci illərdəki ABŞ-a rəhbərliyi dövründə də gözlənilməz qərarları ilə o dövrdəki “Amerikanı yenidən güclü edək!” şüarının boşa çıxdığını da unutmayan Trampla və bu müharibədə çəpgöz Şimali Koreya əsgərlərinə və bir abbası dəyərindəki əmmammade dronlara möhtac qalan Putinin gizli sövdələşməsini çox qısa müddətdə çözən tamaşaçılar bu tragikomediyanın birinci və ikinci pərdəsindəki səhnələri də yaxşı xatırlayırlar. 10 il əvvəlki Kiyev Avromaydanı və ondan sonrakı məlum proseslər, yarım milyardlıq yaxtaları həbs olumuş rus mənşəli oliqarxlar, Kiyev yaxınlığında rusların məhv etdiyi əfsanəvi “Mriya” təyyarəsi, ukraynalı döyüşçülərin Qara  dənizdə batırdığı “Moskva” hərbi gəmisi, 2022-ci ilin 24 fevralından sonra Amerikanın avropali və bütün digər müttəfiqləri ilə birgə Rusiyaya qarşı sanksiyaları daha da genişləndirib onu öz mağarasına həbs etməsi, vaqnerçilərin Putinə qarşı uğursuz çevriliş cəhdi və Moskvadakı terror aktları yaxın keçmişdəki oynanan səhnələrin yaddaqalanlarındandır. Ukrayna prezidenti Volodimir Zelensiknin əvvəlki komik səhnə perfomansından çox uzaqda olsa da üç gündə bitməsi planlanan müharibənin ilk günlərindəcə ssenaritstlərin planlarını pozub onu üç ilə qədər uzatması və Rusiyanın ordu gücünü zəflətməsi isə bəzilərinə görə daha da ağır faciə, bəzilərinə görə isə qurbanlar bahasına da olsa Xeyirin Şər üzərində qələbəsi kimi qiymətləndirilir. Hər halda son sözü tamaşaçı deyəcək!

         Ölkəmizdən yüzlərlə kilometr uzaq məsafədə aktiv döyüşlərin getdiyi Rusiya-Ukrayna müharibəsi birbaşa da olmasa Azərbaycandan da yan ötüşməmişdir. 2014-cü ildə Krımın ilhaqına cavab olaraq Rusiyanın neft gəlirlərinin azaldılması məqsədilə Qərbin tətbiq etdiyi qlobal qiymət oyunu nəticəsində Azərbaycan manatı da iki dəfə devalvasiya olunmuş, əvvələr Sovet dövründə hər iki ölkə ilə mövcud olmuş bir sıra əlaqələr, xüsusən də enerji tranziti layihələrinrin pozulması nəticəsində ölkəmizin iqtisadiyyatına da ziyan dəymişdir. Dövlət başçımızın uzaqgörən siyasəti nəticəsində Rusiyanın Ukraynaya hücumu birbaşa olaraq Azərbaycanın milli təhlükəsizliyinə zərbə vurmasa da əvəzində, hər iki ölkənin vətəndaşları olan soydaşlarımızın bu müharibə zamanı həlak olması, yaralanması, yaxud buradakı əmlakının, biznesinin zərər görməsini də xalqımız və dövlətimiz ciddi narahatlıqla qarşılayır. Vladimir -Volodimir arasındakı savaşın ölkəmizə qarşı vurduğu ən böyük zərbə isə təəssüf ki, ötən ilin dekabrın 25-də Rusiya hava məkanında, Qroznı səmasında AZAL-a məxsus mülki təyyarənin Rusiya HHM tərəfindən vurulması və nəticdə 38 nəfərin həyatına son qoyulması oldu. Hər nə  qədər Rusiya  rəsmilərinin və  onlara  yaxın medianın ört-basdır  etməsinə baxmayaraq  dövlət  başçımız Prezident cənab İlham Əliyevin bu məsələyə birbaşa  nəzarəti  ilə Azərbaycanın haqlı  mövqeyi qorunub müdafiə  olundu, həlak olan təyyarə  ekipajı üzvləri  Milli Qəhrəmanlarımız elan olunub,  Rusiya  qarşısına rəsmi  üzrxahllıq  və təzminat  tələbi  qoyuldu.

Bütün müharibələrin bir sonu  vardır və gec-tez  zamanı  gələndə bütün  müharibələri başladan, onunla  öz məqsədlərinə  çatmağı  planlayanlar öz layiqli cəzalarına  çatıblar. Tarix  təkrarlanır, — deyənlərə inansaq,  bu  gün  Ukrayna Azərbaycanın  1994-cü ilə  qədər  yaşadığı acı  dolu  günlərini yaşamaqdadır. Görünən odur ki,  SSRİ dağılandan  sonra milli dövlətçiliyini qura  bilməmiş, bu  dövlətçiliyə  işıq  tutan layiqli liderini hakimiyyətə gətirə bilməmiş Ukraynanın da yaşadığı bu tragikomediyanın  da  sonunu  gətirəcək və bir zərbəsi ilə  boğazında Krım boyda  armud qalmış ayını öldürəcək dəmir  yumruqlu liderə ehtiyacı vardır.  

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://mia.az
archiveBu xəbər 24 Fevral 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri