Icma.az
close
up
RU
Azərbaycanın ədalət məhkəməsi Əli Cabbarov yazır

Azərbaycanın ədalət məhkəməsi Əli Cabbarov yazır

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Əli  Cabbarov,

Naxçıvan Dövlət  Universitetinin dosenti

***

XX əsrin ən böyük cinayətləri arasında Azərbaycan xalqına, onun dövlət suverenliyinə və mövcudluğuna qarşı erməni faşizmi və onu bəsləyən qüvvələr tərəfindən törədilmiş işğal, soyqırımı və vandallıq əməlləri özünün insanlıq xarici qəddarlığı ilə seçilməklə bu gün Bakıda davam edən ədalət məhkəməsi qarşısında dayanan separatçı canilərdən bir-bir soruşulmaqdadır.

Heç bir günahı olmayan, sadəcə, azərbaycanlı olduğuna görə əsrlərlə yaşadığı yurdundan qovulan, təhqir, işgəncə və ölümlə qarşı-qarşıya qoyulan insanların bu gün ədalətdən gözlədiyi, bir daha bu torpaqlarda sürgün, ölüm və göz yaşlarının olmaması üçün günahkarların layiq olduqları cəzalarına çatmalarıdır. Çünki bu cəzaya layiq görülənlər dünyaya ibrət dərsi olmalıdır ki, bütün zalımlar hər nə qədər güclü olsalar da, bir gün mütləq günahları qarşısında cavab verəcəklər.

Azərbaycan xalqının taleyinə isə həm də zalım qonşularla birgə yaşamaq, zaman-zaman işğala, terrora, hücumlara məruz qalmaq, uzun illər ərzində pozulmuş insan hüquqlarına, yağmalanmış əmlaka, yox olmuş arzulara, həyatları sönmüş həmvətənlərinə görə, sadəcə, səbir edib dözmək qisməti yazılıb sanki. Ona görə də təkcə 1988-ci ildən etibarən deyil, eləcə də Araz ayrılıq çayı olandan bəri son 250 il ərzində işğalçı və xain qonşularımızın torpaqlar-mıza göz dikməsi ilə xalqımızın üzləşdiyi faciələr, ölkəmizin itirdiyi torpaqlar, oğurlanan, yağmalanan, uzaq ölkələrə daşınan maddi mədəniyyət nümunələrimiz, işğal atlında qalmış ərazilərdə vandallıq və quldurluq qurbanı olmuş tarixi abidələrimiz və ən nəhayət, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizə görə Azərbaycan xalqının məhkəmədə soruşacağı hesablar vardır. Əsrin məhkəməsi kimi tarixə düşəcək və ermənilərin xalqımıza qarşı törətdikləri bütün cinayətləri mühakimə edəcək bu ədalət davasında üzə çı-xan həqiqətləri görən dünya gözü dönmüş erməni faşizminin iç üzünün ifşasına bir daha şahid olacaq.

II Qarabağ müharibəsi və birgünlük antiterror əməliyyatlarından sonra bərqərar olmuş ədalətin təntənəsinə şahid olduğumuz bu günlərdə, Xankəndidə yaxalanmış, Azərbaycan xalqına və dövlətinə qarşı törətdikləri cinayətlərə görə mühakimə olunanların miskin sifətlərini gördükdə, əslində, onların insan deyil, bir zamanlar insan qanına susamış hansısa lənətlənmiş zombilər olduğunu unutmamalıyıq. Sülh və insanlıq əleyhinə cinayətlərin bilavasitə iştirakçısı olmuş, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Arayiklər, Rubenlər, Arkadilər daha nə kimi çoxsaylı “yanların” məhkəməsində onlar bir-bir üzlərinə oxunan əməllərə görə, cavab verəcəklər. Açıqlanan ilkin ittiham aktına görə, Azərbaycanın suveren əraziləri olan 12 şəhər, 18 qəsəbə, 895 kənd, ümumilikdə, 925 yaşayış məntəqəsinin işğalı və uzun illər ərzində işğal altında saxlanılması nəticəsində, ümumilikdə, ölkəmizin 18 min 850 nəfər vətəndaşı qəsdən öldürülmüş, 56 min 268 nəfər şəxsə onların qəsdən öldürülməsi məqsədilə müxtəlif dərəcəli bədən xəsarəti yetirilmişdir.

Ermənistanın təcavüzkarlığı nəticəsində I Qarabağ müharibəsi, ondan sonrakı dövrdə və II Qarabağ müharibəsi dövründə mülki infrastruktura, ümumilikdə, 5,2 milyard manatdan çox ziyan dəyib. Şübhəsiz, ölkəmizin mülki infrastrukturuna, iqtisadiyyatına, ekoloji vəziyyətə və müdafiə arsenalına, ümumilikdə, vurulmuş 100 milyard manatı aşan ziyanın riyazi rəqəmlərlə ölçülən həcmini məhkəməyə çıxarılaraq özlərini keçmiş sovet ittifaqının xüsusi xidmət orqanlarının qurbanı hesab edən və eləcə də hələ də azadlıqda gəzən ermənilər hamıdan yaxşı bilsələr də, lakin bu ötən 37 il ərzində erməni təcavüzünün xalqımıza vurduğu mənəvi zərbələri çətin ki, kimsə sona qədər qiymətləndirə bilsin. 1988-ci ildən başlayaraq sovet mərkəzi aparatındakı ağqulaq əsilli rəhbərlərin dəstəyinə arxalanaraq mütəşəkkil terrorçu dəstələr şəklində azərbaycanlılara qarşı açıq silahlı basqınlar edib öldürdükləri insanların sonradan dərilərini soyan, əsir götürülmüş soydaşlarımızın erməniəsilli şəxslərin qəbirləri üzərində başlarını qurbanlıq kimi kəsən ermənilərin cəzası, şübhəsiz, daha böyük olacaq.

Bu cəza ədalətli olduqca əzilmiş, tapdalanmış insan hüquqları, məhv olmuş arzular, yox olmuş ailələrin yaxınları təskinlik tapacaqlar. Bu məhkəmədən gözlənilən ədalət Şuşada yallı gedən sərxoş Paşinyanın əzib tapdaladığı xarıbülbülün zərif rayihəsinə dərman, kafir ayağı dəymiş Xudafərin körpüsünün fəryadına məlhəm də olacaq. Bu məhkəmə Füzulinin, Ağdamın, Cəbrayılın, Qubadlının, Zəngilanın dağıdılmış yurd yerlərinə, künc daşlarına qədər sökülmüş binalarında bir zaman yaşamış insanların ruhlarına rəhmət gətirib, burada quldurluq etmiş ermənilərin törətdikləri cinayətləri bir-bir üzünə sadalayacaq. Bu gün beynəlxalq qanunlar əsasında qurulmuş məhkəmədə vəkil, erməni dilində tərcüməçi tələbi ilə çıxış edib hüquqlarından dəm vuran erməni vandallarının əlimizdə olan bu başçıları 1992-ci ilin soyuq 26 fevral gecəsində ağlaya-ağlaya gecə boyu Xocalıdan qaçıb Ağdama çatmaq istəyən yüzlərlə körpə uşağın buz kimi donmuş gözyaşlarının haqqını ödəyə biləcəklərmi!? Yaxud hələ ki azadlıqda qalan Köçəryan, Sarkisyan, Balasanyan, Ohanyan kimilər Qərbi Azərbaycandan və Qarabağdan didərgin etdikləri minlərlə qaçqın və köçkünün dəmir yolu vaqonlarında, konteynerlərdəki acı həyatına görə  necə cavab verəcəklər? İndi ədalət məhk-məsindən gizlənsələr də, harada olsalar da, bir gün mütləq bu cavabı verəcəklər! Lap gorbagor olub o dünyaya getsələr də!

Bu gün çoxsaylı cinayətlərlə ittiham olunub Bakıda timsah gözyaşları tökən 15 nəfər erməni məhkumdan 30 ildən artıq müddətdə blokada məngənəsində sıxılan yüz minlərlə Naxçıvan sakininin də soruşacağı bir hesab vardır. On illər boyu Azərbaycanın sərvətləri hesabına cah-calal içində yaşamış, özlərinə sərvət toplamış ermənilər Bakıdan Naxçıvana gedən yolları kəsməklə uzun illər boyunca burada yaşayan insanları ərzaq və enerji məhrumiyyətləri ilə üz-üzə qoymuş, minlərlə ailənin gözəl arzularını puç etmiş, yüz minlərlə ağacın kəsilməsinə, on minlərlə evin işıqsız qalmasına bais olmuşlar. Sədərəyə iriçaplı silahlardan atəş açıb dinc sakinləri qətl edən ermənilər bu illərdə on minlərlə naxçıvanlının doğma Bakıya çıxışını bloklamaqla insanların vaxtında işinə-gücünə, təhsilinə, müalicəsinə, əzizlərinin dəfninə çatmasına əngəl oldular. Bu gün şüşə arxasından boylanan yazıq tülkü görkəmindəki ermənilərin başlatdığı separatizm və işğal olmasaydı, 1988-ci ilə qədər bütün Cənubi Qafqazın turizm cənnəti olmuş Qaraba-ğın və eləcə də Azərbaycan müstəqil olduqdan sonra Naxçıvanın region və dünya turizminə nələr qazandırdığından danışa bilərdik. Lakin Qarabağın bütün turizm infrastrukturunu və tarixi-mədəni zənginliklərini məhv edən, Naxçıvana gedən kommunikasiyaları da bloklayan ermənilərin təkcə Azərbaycanın turizm gəlirlərinə vurduqları ziyana görə, yəqin ki, Ermənistanın ən azı 50 il təzminat ödəməsi tələb olunacaq.

 Bu gün Bakıda davam edən əsrin məhkəməsinə dünya şahidlik edir. Şübhəsiz, insanların on illərlə pozulmuş yaşamaq hüquqlarına, itirilmiş əmlaka, mülkiyyətə, qarət olunmuş sərvətlərə görə burada məhkum olunan erməni canilər layiqli cəzalarını alacaqlar. Ancaq kimsə unutmasın ki, erməni faşizminə dəstək verib, onları silahlandıran, təkcə Azərbaycanda deyil, bütün dünyada insanların başına bəla olanlar da bir gün mütləq Allahın cəzasına tuş gələcəklər

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://mia.az
archiveBu xəbər 25 Mart 2025 00:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri