Icma.az
close
up
RU
“Səmaların fatehi”nin Anım günüdür

“Səmaların fatehi”nin Anım günüdür

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün əsir düşməmək üçün “Su-25” döyüş təyyarəsini düşmən səngərinə çırpan şəhid polkovnik Zaur Nudirəliyevin anım günüdür.

“Qafqazinfo” xəbər verir ki, onun qəhrəmancasına şəhid olmasından artıq 6 il ötür.

Şəhid polkovnik 1 sentyabr 1978-ci ildə Bakıda anadan olub. 1995-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib və həmin il Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbinə daxil olub. 2000-ci ildə “Təyyarəçi” ixtisası üzrə məzun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrində xidmətə başlayıb.

Zaur Nudirəliyev 2011-ci il noyabrın 2-dən 2013-cü il iyunun 24-nə qədər Almaniyanın Hürt şəhərində alman dilinin öyrənilməsi məqsədilə general-admirallar üçün Hərbi Liseydə təhsil alıb.

O, 20 illik hərbi xidməti dövründə müxtəlif vəzifələrdə çalışaraq Kürdəmir aviabazasında 1-ci aviasiya eskadrilyasının komandiri, daha sonra isə komandirin uçuş hazırlığı üzrə müavini və uçuşların planlaşdırılması bölməsinin rəisi vəzifələrində xidmət edib.

O, hərbi təlimlərdə qazandığı təcrübə əsasında “Su-25” hücum təyyarələrinin döyüş imkanlarından daha səmərəli istifadə üçün yeni üsullar hazırlayıb və tətbiq edib. 2020-ci il Vətən müharibəsi zamanı “Su-25” ilə çoxsaylı döyüş uçuşları həyata keçirib.

Z.Nudirəliyev nişangah istifadə etmədən, riyazi üsullarla bombaların atılmasının yeni üsulunu icra edib, həmçinin “Su-25” hücum təyyarəsindən lazer güdümlü bombaların birinci atışını reallaşdırıb. Cəbrayıl–Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələri, canlı qüvvələri, cəmləşmə yerləri məhv edilib, nəticədə Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunub. 7 gün ərzində 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev oktyabrın 4-ü Cəbrayıl rayonu istiqamətində 13-cü uçuşunu reallaşdırdırarkən idarə etdiyi təyyarə vurulub. Ağır yaralanmasına baxmayaraq, təyyarəni düşmənin canlı qüvvəsinin cəmləşdiyi mövqeyə yönəldərək şəhid olub.

42 yaşında şəhid olan Vətən Müharibəsi Qəhrəmanının qızı Pəri müsahibələrinin birində atasının tək böyüdüyünü deyib: “Yanında heç kəs olmayıb. Düşünün ki, bu qədər şey bacarırsınız, amma yanınızda sizi təbrik edən kimsə yoxdur. Mən də həmişə dərs oxuyanda istəyirdim ki, atam “afərin” desin. Çünki onun deməyi bizə çox şey bacardığımızı hiss etdirirdi. Oktyabrın 4-ü onunla telefonla danışdıq, sən demə, bu bizim sonuncu danışığımız imiş”.

Xalq arasında “Səmaların fatehi” kimi tanınan Zaur Nudirəliyev Azərbaycanın hərb tarixində “Atəş ramı” edən birinci pilot olmaqla yanaşı, 1941-ci ildə sovet hərbi pilotu Nikolay Qastellodan sonra bu addımı atan birinci pilot olub. O, Azərbaycan Hərbi Hava Qüvvələri tarixində şəhid olan yeganə polkovnikdir.

Ölümündən sonra Azərbaycanın ən yüksək hərbi təltiflərindən biri olan “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Həmçinin “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidimizin Ömər adlı oğlu da yadigar qalıb.

Hazırladı: Fidan Etibar 





Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Oktyabr 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see256

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see248

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see240

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see236

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see234

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see230

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see224

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see218

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see217

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see216

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see205

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see203

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see200

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see200

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see200

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see199

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see198

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see197

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see194

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri