Icma.az
close
up
RU
Səməd Vurğun cibinə pul qoyub deyib ki... Əliağa Vahid haqqında

Səməd Vurğun cibinə pul qoyub deyib ki... Əliağa Vahid haqqında

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Bu gün görkəmli qəzəlxan Əliağa Vahidin anım günüdür.

Kulis.az onun haqqında əhvalatları təqdim edir.

“Azərbaycan” nəşriyyatında şeirlər toplanırmış. Əliağa Vahid də gəlib şeirlərini deyir, makinaçı qadın yığırmış. Bir gün şair gəlmir. Qadın xeyli narahat olur. İş vaxtının bitməsinə bir az qalmış qapı açılır, Əliağa Vahid başını içəri uzadıb xırıltılı səslə deyir:

- Gəldim deyəm ki, bu gün olmayacağam.


***

Makinaçı qızla başqa bir əhvalatı da var.

Səməd Vurğun, Süleyman Rüstəm şeilərini gətirib almanax üçün verirlər. Vahid də gəlir. Makinaçı qadın onun köhnə-kürüş üst-başına baxıb gülür:

- Sən də şairsən?

Bu, həmin məqam imiş ki, Vahid “El düşdü bütün heyrətə divanəliyimdən / Sirrim demədim kimsəyə mərdanəliyimdən” qəzəlini gətiribmiş.

Makinaçı qadının rişxəndinə pis olur, elə oradaca qəzələ bir beyt əlavə edir:

- Xakəstəri-eşqəm mənə təhqir ilə baxma

Min gənc çıxar zahirə viranəliyimdən

***

Vahid bir səhər söz verir ki, bu gün araq içməyəcək. Hər gün “paxmel” açdığı kafenin qarşısından şəstlə keçib yüz addım atandan sonra dayanır və deyir:

- Vahid, səndə ki, bu hünər var, bunu yüz qramla qeyd eləməmək insafsızlıq olardı!

***

Həkim:

- Vahid, az iç, canını korlama.

Vahid:

- Allahın verdiyi canı sağ-salamat nəyə qaytarıram? Qoy bir az işlədim...

***

Vahidin ağciyərlərində xəstəlik olub. Özü də zəif adammış. Buna baxmayaraq, onu yerli komissarlıq müharibəyə göndərmək istəyir. Tibb məntəqəsində “şaqat” edəndə ayağını qaldıra bilmir. Hərbçi onun üstünə qışqıranda o zaman orada həkim işləyən qəzəlxan Həkim Qəni iş otağından çölə boylanır və Vahidi tanıyır. Gəlib onu hərbçilərin əlindən alır, xəstəlik kağızını təsdiqlədir. Beləliklə, Vahid müharibədən qalır.

***

Deyirlər, Mir Cəfər Bağırov onu yanına çağırıb deyir:

- Mənə sən öl de ki, araq içməyəcəksən.

Vahid:

- Ağa, sən öl, içəcəyəm.

Onun mərdliyi Bağırovun xoşuna gəlir və şairi rahat buraxır.

***

Belə bir əhvalat da danışırlar: Vahidin adı repressiya olunacaq yazıçıların siyahısında Bağırovun stoluna gəlir. Bağırov onun üstündən qələm çəkib deyir:

- İçən adamdan vətən xaini olmaz!

***

Vahidə evi də Mir Cəfər Bağırov verib. Vahid ev üçün ona aşağıdakı mənzum məktubu yazıbmış:

Evimi görsə naxırçı, deyər, samanlıqdır,

Havası yox, həmi nəmdir, həmi qaranlıqdır.

Divarda ağcaqanadlar, yer üstə taxtabiti,

Hücuma bax gecələr, gör nə hökmranlıqdır.

Hünərdir ay yarım hər kim bu evdə ömr eləsə,

İnanmaram dirilə, şübhəsiz, oyanlıqdır.

Çox ərizə yollamışam Baksovetə, Raysovetə,

Gözləməkdir işim, məsələ dumanlıqdır.

Düzəltsəniz siz əgər, rəhbərim, mənə bir otaq,

Yüz il təşəkkürə layiq, bu, dastanlıqdır.

***

Vahiddən soruşurlar:

- Şair, deyirsən, Füzulinin yadigarı mən özüməm, bəyəm səndən əvvəlkilər pis yazırdılar?

Vahid:

- Seyid Əzimin Füzuliyə layiq, mənim də Seyidə Əzimə layiq beş-altı qəzəlim var.

***

Yazıçı-jurnalist Aqşin Babayev bir məktəbdə Əliağa Vahidlə görüş təşkil edir. Görüşdən əvvəl Vahidə proqramı açıqlayır. Deyir, görüş belə olacaq, elə olacaq, axırda da bədii hissə təşkil eləmişik – yeyib-içəcəyik!

Vahid:

- Bəlkə, görüşü bədii hissədən başlayaq?

***

Səməd Vurğun Vahidi hər görəndə cibinə pul qoyurmuş və hər dəfə deyirmiş: “Ona borclu idim.”

***

Əliağa Vahid ət növbəsində dayanıbmış. Birdən radio elan verir: “Hörmətli dinləyicilər, indi müğənni Mustafa Payan Ağayi-Vahidin qəzəllərini oxuyacaq.”

Vahid köks ötürür:

- Kül o ağanın başına ki, iki kilo ətdən ötrü növbədə dayanacaq!

***

Özü deyirmiş: “Əmim Məşədi Ağabəy olmasaydı, dələduz uşaqlara qoşulub qazamatlarda çürüyəcəkdim.”

Əmisi Əliağanı mollaxanaya qoysa da, sonra nəzərini onun üstündən çəkir. Mollaxananın haqqını hər ay verə bilməyənlərdən biri də Əliağa Vahid olur. Mollanın tənəsi, danlağı uşağı boğaza yığır və o, mollaxanadan qaçır. Amma ömür boyu orda öyrəndiyi hərflər ona kömək edir. Şeir yazmaqda da, redaktor işləməkdə də.

***

Vahid Hüseyn Cavidgilə tez-tez gedib-gələrmiş. Cavidin yoldaşı da məclis açarmış. İçki-filan da qoyarmış. Bir gün yenə gedir, Hüseyn Cavid deyir, mən içmirəm, tövbəliyəm, sən işində ol.

Vahid bədahətən deyir:

Cavid eylədi şəraba tövbə,

Ya rəbb, bizə çatmasın bu növbə.

***

Şair ahıl çağında, xəstə vaxtı xəstəxanada ona qulluq edən şəfqət bacısına sataşmaq üçün zarafatca deyir:

- Adamın belə arvadı ola!

Şairdən düz 25 yaş cavan olan şəfqət bacısı zarafata zarafatla cavab verir:

- Alsan, niyə olmur!

Zarafat-zarafat, axırı evlənirlər. Vahidin əvvəllər başqa həyat yoldaşı olsa da, uşaqlarını bu qadın dünyaya gətirir.

Filarmoniyada yeni mövsümün ilk konsertlərinin tarixi açıqlandı "8 aydır qonorarımızı ala bilmirik" - Gərək Şahbaz Xuduoğlunun videolarını.. Dövlət dəstəyi ilə istehsal ediləcək filmlərin növbəti pitçinqi keçirilib
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://kulis.az
archiveBu xəbər 01 Oktyabr 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri