Icma.az
close
up
RU
Səməd Vurğun Azərbaycanın Qəlbi

Səməd Vurğun Azərbaycanın Qəlbi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Səməd Vurğun — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, xalq şairi və ictimai xadimdir. O, 1906-cı ildə anadan olmuş, milli poeziyanın inkişafında mühüm rol oynamışdır. Şairin yaradıcılığında vətən sevgisi, insanlıq, qəhrəmanlıq və milli-mənəvi dəyərlər əsas yer tutur. “Vaqif”, “Fərhad və Şirin” kimi əsərləri Azərbaycan ədəbiyyatının ən dəyərli nümunələri sırasında yer alır.

2026-cı ildə Səməd Vurğunun anadan olmasının 120 illiyi qeyd olunur. Prezident İlham Əliyev Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Sərəncamı sənətkarın ruhuna ehtiram, eyni zamanda, xalqın mənəvi mirasına, mədəni irsinə sadiqliyin təcəssümüdür. Böyük şairin 120 illik yubileyi münasibətilə Azərbaycanda silsilə ədəbi-bədii tədbirlər, elmi konfranslar və xatirə gecələri keçirilir. Onun yaradıcılığı qardaş Türkiyə mətbuatında da geniş işıqlandırılır. Bu istiqamətdə Türkiyə Ərzincan Universitetinin professoru Ali Kafkasiyalının Səməd Vurğuna həsr etdiyi silsilə məqalələr xüsusi maraq doğurur.

Qeyd edək ki, Ali Kafkasiyalı Azərbaycan ədəbiyyatı və aşıq sənəti sahəsində tanınmış tədqiqatçılardandır. O, bu mövzularda çoxsaylı elmi əsərlərin müəllifi olmaqla yanaşı, Türkiyədə nəşr olunmuş Səməd Vurğun adlı monoqrafiyanın da müəllifidir. Alimin böyük şair haqqında qələmə aldığı məqalələri oxucularımıza təqdim edirik.

I məqalə

1906-cı il martın 21-də Azərbaycanın Qazax bölgəsinin Yuxarı Salahlı kəndində dünyaya gələn Səməd Vurğun təkcə bir şair deyil, bir millətin yaddaşı, bir coğrafiyanın səsi və bir dövrün vicdanı idi. Onun anadan olmasının 120 illiyini qeyd etmək, əslində yalnız böyük bir ədəbiyyat adamını deyil, xalqının taleyi ilə yoğrulmuş bir ruhu yenidən anlamaq deməkdir.

Onun həyatı sıradan bir sənətkar bioqrafiyası deyildi. Uşaqlıq illəri Çar Rusiyasının süqutu, ardınca Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və çox keçmədən bolşevik işğalı kimi tarixi sarsıntılar içində keçmişdi. Kiçik yaşlarında anasını, sonra atasını və nənəsini itirən Səməd Vurğun həm ailə faciələri, həm də xalqının yaşadığı ağır sınaqlarla böyümüşdür. Buna görə də onun poeziyasında dərin ağrı, müqavimət ruhu və ümid axtarışı əsas xətt kimi hiss olunur.

Odlar İçində Yetişən Şair

Səməd Vurğunun gənclik illəri Sovet rejiminin Azərbaycanda yaratdığı qorxu və təzyiq mühitində formalaşmışdı. Ziyalıların güllələndiyi, sürgünlərin adi hala çevrildiyi, milli kimliyin sıxışdırıldığı bir dövrdə yetişən şair Qazax Müəllimlər Seminariyasında aldığı təhsil sayəsində güclü tarixi şüur qazanmışdı. Bu şüur sonralar onun qələmində xalqın səsinə çevriləcəkdi.

Onun şeirlərində hiss olunan kədər şəxsi duyğuların ifadəsi deyil, bütöv bir xalqın yaşadığı faciələrin əks-sədasıdır. Məktub şeirində təsvir olunan səhnələr bir millətin yaddaşına həkk olunmuş ağrılı həqiqətləri əks etdirir.

Ədəbiyyatla Müqavimət

Səməd Vurğunun ən böyük uğurlarından biri, sərt ideoloji təzyiqlərə baxmayaraq milli dəyərləri yaşatmağı bacarması idi. Sovet ideologiyasının yaratmağa çalışdığı vahid insan modelinə qarşı o, əsərlərində Azərbaycanın ruhunu, tarixini və mənəvi yaddaşını qoruyub saxlamışdır. Açıq şəkildə deyə bilmədiklərini simvollar, məcazlar və tarixi işarələrlə ifadə etmişdir.

Onun Azərbaycan şeiri sadəcə poetik nümunə deyil, milli kimliyin bədii manifestidir. Vaqif dramı isə keçmişin hadisələri fonunda dövrün ictimai-siyasi ağrılarını əks etdirən möhtəşəm sənət əsəridir. Şair Qarabağ xanlığının faciəsini təqdim edərkən əslində öz dövrünün ağrılarını və milli taleyini səhnəyə gətirmişdir.

Şərqlə Qərb Arasında Öz Yolunu Tapan Şair

Səməd Vurğun Puşkindən Lermontova, Namıq Kamaldan Tofiq Fikrətə qədər geniş ədəbi mühitdən bəhrələnsə də, heç vaxt təqlidçi olmamışdır. O, milli ədəbiyyata və xalq ruhuna söykənərək özünəməxsus poetik dil yaratmağı bacarmışdır.

Şairin “Avropa Avropadır, Şərq Şərqdir, Azərbaycan isə Azərbaycandır” düşüncəsi onun ədəbi-estetik baxışlarının əsasını təşkil edir. Bu yanaşma yalnız bədii seçim deyil, həm də milli-mədəni mövqenin ifadəsidir.

Milli Dəyərlərin Şairi

Səməd Vurğun üçün “el” anlayışı – millət, vətən və dövlət – həyatın mərkəzində dayanırdı. O, xalqını yalnız sevməklə kifayətlənməmiş, ona yol göstərməyi də özünün mənəvi borcu hesab etmişdir. Dövlətsizlik və ağır ictimai-siyasi sınaqlar dövründə belə ümidsizliyə qapılmamış, millətinə kim olduğunu xatırlatmağa çalışmışdır.

Onun əsərlərində vətən ana qucağı kimi təqdim olunur. Dil sadəcə ünsiyyət vasitəsi deyil, milli kimliyin daşıyıcısı kimi dəyərləndirilir. Aşıq sənəti isə yalnız folklor nümunəsi deyil, xalqın tarixi yaddaşı və mənəvi dünyası kimi qəbul edilir. Buna görə də şair aşıqları daim dəstəkləmiş, sazı və sözü uca tutmuş, xalq dilini ədəbiyyatın əsas qaynaqlarından birinə çevirmişdir.

Güney Azərbaycan Həsrəti

Səməd Vurğunun qəlbindəki ən böyük ağrılardan biri Azərbaycanın iki yerə parçalanması idi. Bakı ilə Təbriz arasındakı ayrılıq onun poeziyasında davamlı şəkildə hiss olunur. Təbriz gözəli şeirində ifadə olunan duyğular yalnız poetik xəyal deyil, bir millətin yenidən qovuşmaq arzusunun bədii ifadəsidir.

1941-ci ildə Təbrizə səfəri və burada həyata keçirdiyi mədəni fəaliyyətlər onun bu məsələyə yalnız şeirləri ilə deyil, əməli şəkildə də bağlı olduğunu göstərir. Təbrizdə gördüyü işlər Səməd Vurğunun təkcə şair deyil, həm də böyük fikir adamı olduğunu sübut edir. O, Güney Azərbaycan məsələsinin ən mühüm ideoloqlarından biri hesab olunur. (Güney Azərbaycan mövzusuna növbəti yazımızda daha geniş şəkildə toxunacağıq).

Təzyiqlər və Müqavimət

1937–1938-ci illərin repressiya dövründə — “ziyalılar qətliamı” zamanı Səməd Vurğun da təqiblərə məruz qalmış, sorğu-sual edilmiş və ölüm təhlükəsi ilə üz-üzə qalmışdı. Lakin o, heç vaxt özünü xilas etmək üçün başqalarını ittiham etməmişdir. Bu mövqe onun xarakterinin və mənəvi gücünün ən parlaq göstəricilərindən biri idi.

1953-cü ildə onun haqqında həbs qərarı çıxarılsa da, şair ruhdan düşməmiş, Moskvaya gedərək özünü müdafiə etmiş və nəticədə bəraət qazanmışdır.

Ümumbəşəri Şair

Səməd Vurğunun şöhrəti yalnız Azərbaycanla məhdudlaşmamışdır. Onun şeirləri beynəlxalq ədəbi mühitdə tanınmış, əsərləri müxtəlif dillərə tərcümə olunmuşdur. 1943-cü ildə Amerikada keçirilən beynəlxalq şeir müsabiqəsində mükafat qazanması onun dünya miqyasında qəbul edilən şair olduğunu göstərir.

Millətin Səsi

1956-cı il mayın 27-də dünyasını dəyişən Səməd Vurğun özündən sonra yalnız zəngin ədəbi irs deyil, həm də bir mövqe, bir düşüncə və milli-mənəvi miras qoyub getmişdir. Onun yaradıcılığı Azərbaycanın dağlarını, çaylarını, ağrılarını və ümidlərini özündə yaşadan mənəvi xəzinədir.

Bu gün, anadan olmasının 120 illiyində Səməd Vurğunun böyüklüyü və əhəmiyyəti daha aydın görünür. Çünki o, yalnız öz dövrünə deyil, gələcəyə də səslənən sənətkar idi.

Səməd Vurğun bizə bir həqiqəti öyrədir:

Millət öz dəyərlərini unutmasa, yaşayır.

Şair xalqının səsinə çevriləndə isə ölməz olur.

Və Səməd Vurğun bu iki həqiqətin yaşayan ən güclü simalarından biridir.

6 may 2026

https://www.internethaber.com/azerbaycanin-kalbi-samet-vurgun-2442291y.htm

Türkcədən çevri:

 Bakı Dövlət Universitetinin müəllimi Namiq Qədimoğlu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 May 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see187

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see186

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see175

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri