Icma.az
close
up
RU
Səməd Vurğun irsi kitabxananın yeni videomaterialında geniş təqdim olunur

Səməd Vurğun irsi kitabxananın yeni videomaterialında geniş təqdim olunur

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 22 aprel, AZƏRTAC

Bu il XX əsr Azərbaycan ədəbiyyatının- müasir poeziyasının ideya-estetik əsaslarını müəyyənləşdirən, böyük şair, mütəfəkkir, akademik, Xalq şairi, görkəmli dramaturq və ictimai xadim Səməd Vurğunun anadan olmasının 120 illiyi tamam olur. Bu əlamətdar tarix münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən silsilə maarifləndirici və mədəni layihələr həyata keçirilir.

Bu barədə AZƏRTAC-a Gənclər Kitabxanasından məlumat verilib.

Bildirilib ki, kitabxana tərəfindən hazırlanmış “Ömür və ədəbiyyat: Səməd Vurğun irsinə baxış” adlı videomaterialda görkəmli ədibin həyat və yaradıcılığı geniş şəkildə təqdim olunur. Materialda şairin zəngin ədəbi irsi, dramaturji fəaliyyəti və Azərbaycan ədəbiyyatına verdiyi töhfələr ətraflı şəkildə işıqlandırılır. Eyni zamanda, onun müxtəlif illərdə layiq görüldüyü orden və medallar, mükafatlar və fəxri adlar haqqında da məlumat verilir.

Kitabxananın rəsmi saytında yerləşdirilən materialda Azərbaycanda təsis olunan “Xalq şairi” fəxri adına ilk dəfə məhz onun layiq görülməsi xüsusi vurğulanır. Vəsaitdə Ümummilli Lider Heydər Əliyevin şairin irsinə göstərdiyi diqqət və qayğıdan, Səməd Vurğunun xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən bəhs olunur.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan videomaterialda şairin fotoşəkilləri və arxiv videomaterialları da izləyicilərə təqdim edilir.

Bununla yanaşı, kitabxananın rəsmi saytında “Səməd Vurğun 120” adlı elektron resursların bazası yaradılıb. Bazada internet məkanında Səməd Vurğunun həyat və yaradıcılığı haqqında dərc edilən materiallar toplanır. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxa bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri